“07” yük maşını ilə toqquşdu: sürücü öldü – FOTO
Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 9-da günorta saatlarında rayonun Qıraqlı kəndinə qeydə alınıb. Saatlı sakini, 1994-cü il təvəllüdlü Qurbanov Taleh İlqar oğlunun idarə etdiyi 90 LD 383 nömrəli “VAZ 2107” markalı avtomobil “Shachman” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində T.Qurbanov hadisə yerində vəfat edib.
Araşdırma aparılır.


