Renkanı heç belə görməmisiniz – Fotolar
Tanınmış rəqqasə Renka Ağamuradova yenidən fotokamera qarşısına keçib. ARANTV.AZ-ın məlumatına görə, rəqqasə bu dəfə də fərqli obrazda şəkillər çəkdirib. Hər zaman çılğın qadın obrazı yaradan və geyimlərində açıq-saçıqlığa üstünlük verən Renka bu dəfə əksini edib. O, Şərq motivli əks etdirən çarşabı seçib. Fotoların müəllifi isə Tünzalə Ağayevadır. Rəqqasə şəkillərini İnstaqram səhifəsində paylaşıb.




