Ceyhun Bayramov Şəhidlər xiyabanını ziyarət etdiFOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
Musavat.com-un məlumatına görə, ziyarət zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib, onların məzarları üzərinə gül dəstələri düzülüb.