Cəmiyyət 

Baş həkim İŞDƏN ÇIXARILDI

Zaqatala xəstəxanasının baş həkimi işdən çıxarılıb.

TƏBİB-dən bildirilib ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Tamara Fəxrəddin qızı Nurəliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) 21 yanvar 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib.

Daha çox xəbərlər