Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında görüşlərin müntəzəm olmasına şad olduğunu bildirdi. COP29 konfransında iştirak etdiyinə görə Baş nazirə təşəkkür etdi. Bu, Baş nazirin Azərbaycana üçüncü səfəri olduğu qeyd edildi. Bu faktın özü də Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasının sübutudur.
Həm də qeyd olundu ki, Gürcüstan Baş nazirinin seçkilərdən sonra xarici ölkəyə ilk səfəridir. İlk səfərini də Azərbaycana etməsi Gürcüstan-Azərbaycan əlaqələrinin necə yüksək səviyyədə olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki xalqın dostluğunun dərin və əsrlər boyu davam etdiyini qeyd etdi. Bu dostluq ənənələri bu gün də yaşayır. Hal-hazırda Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Prezident hesab edir ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahələrdə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Energetika sahəsində iki ölkə arasında əməkdaşlıq hər iki ölkə üçün, həm də geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizindən çoxu Azərbaycan mənşəlidir. Beləliklə, qaz ixrac coğrafiyamız genişlənəcək. Yeni qaz yataqlarımız bu il işə düşəcək. Bununla bərabər, biz Gürcüstanla birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərin məsuliyyətini bird aha göstərir. Bu gün bu enerji bazarda böyük maraq doğurur və uğurla icra edilir.
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze Orta Dəhliz layihəsini də müzakirə etdi. Ölkələrimiz burada da yaxın tərəfdaşdırlar. Bu, böyük coğrafiyanı əhatə edən layihədir. Gürcüstan və Azərbaycan burada Avropa ilə Asiya arasında körpü rolunu uğurla oynayır. Hər iki ölkədə nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi icra edilir. Bütün bu işlər paralel aparılır, həm xalqlarımız, həm də qonşularımız üçün əvəzolunmaz xidmətlər göstəririk.
Leyla Quliyeva ,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü