Cəmiyyət 

17 yaşında görüşdüyü dördüncü kişiyə həyatını danışan fahişə…

Şəhərin səs-küyündən uzaq, sakitlikdə yerləşən otelə ən çox əcnəbilər gəlirdi. Dostları ilə maşınından düşən adam başını qaldırıb binaya tərəf boylandı. Ətrafı nəzərdən keçirdi, sakit ortam xoşuna gəlmişdi. İnsanlardan mümkün qədər uzaq gəzən 35 yaşlı Murad qapalı biri idi. Dostları belə onun uzaqlığını, qapalılığını çözə bilməmişdi. Dostlarından biri otelə keçmək üçün onu səslədi. Dörd dost binanın böyük qapısından içəri daxil oldular. Qeydiyyat mərkəzinə yaxınlaşan dostlardan biri orda əyləşən cavan oğlana rezervasiya edilmiş otaqları soruşdu. Dörd ayrı otaq ayrılmışdı. Oğlan açarları təqdim edib mərtəbələri bildirdi. Açarı təhvil alan adam bu oğlana gülümsər mimika ilə: “qonaqlarımız da olmalı idi, onlar da burdadırlar, yəqin… dörd xanım gəlməlidir” deyib göz qırpdı. Cavan oğlan başı ilə təsdiqləyib: “siz otağınızda rahat edin, qonaqlar da bir azdan gələcəklər” dedi. Dostlar liftə yaxınlaşıb 4-cü mərtəbədəki otaqlarına qalxdılar. Axşam saatları idi, təbəssümlə sabahadək deyib hərəsi öz otağına çəkildi. Murad da otağında əynindəki geyimi yüngül sport dəstlə əvəz etdi. Çox keçmədi ki, qapı döyüldü. Murad, xanım qonağın gələcəyini təxmin edib qapını açdı. Dəhliz qaranlıq olduğundan xırda bədənli, çox da kök olmayan bu qızın üzünü tam seçə bilmədi. Əli ilə buyur işarəsi göstərən Murad qızın otağa keçməyini görüb qapının yanındakı asılqandan dəsmalını götürdü, “duş alacam, 10 dəqiqəyə” çıxaram deyib hamama girdi.

Daha çox xəbərlər