Cəmiyyət 

80 qəpiklik nar və şirəsinin xərçəng əleyhinə təsiri sübut olundu – Onkoloji xəstələr üzərində eksperiment

Azərbaycanın əvəzsiz neməti olan nar mövsümdə bol, qiyməti də münasibdir. Çox ölkələrin insanlarının göydə axtardığı nar, bizdə ayaqlar altındadır.
Narın insan səhhətinə inanılmaz faydalarını bilirsiz. Nar və şirəsinin xərçəng əleyhinə təsirini araşdırmışıq. Narın onkoloji şişlər, xüsusən metastazlara qarşı effektiv təsiti Kaliforniya universitetinin alimləri tərəfindən sübut olunub. 

Onların son elmi araşdırması süd vəzi xərçəngində metastazın qarşısını alan 3 açara malik olması göstərir.
Bir çox xərçəng növlərində şiş hüceyrəsi kolonlarına qarşı narın təsiri heyvanlar üzərindəki təcrübələrdə araşdırılıb.

Laboratoriya siçanlarına nar ekstraktı oral olaraq qəbul etdirilib və ondan sonra heyvanlarda ağciyər, prostat, dəri, ağciyər şişlərinin böyüdüyünün dayandığı müşahidə olunub.

Digər 10 kliniki sınaqlarda nar və şirəsinin onkoloji xəstəliklərdə möcüzəvi təsiri qeydə alınıb – bu təcrübələr prostat xərçəngi və limfomada aparılıb.
Xəstələrə verilən nar ekstraktlı tərkibli tabletlər 2 həftə ərzində şişə qarşı antigenlərin miqdarını 2 dəfə artırmışdı. Bir tablet 225 qram təbii nar şirəsinə bərabər idi.

Daha çox xəbərlər