Şənbə, 27 İyn, 2026

Nazir müavini: “Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub”

Azərbaycan və Rusiya qarşılıqlı əməkdaşlığı və investisiyaların artımını hədəfləyir.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda Azərbaycan-Rusiya biznes forumunda deyib.

O bildirib ki, Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollaradək investisiya qoyub:

“Öz növbəsində, Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyalarının həcmi 1,2 milyard dollara bərabər olub. İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 19 faiz artaraq 2,5 milyard dollara çatıb”.

Nazir müavininin sözlərinə görə, Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 2018-ci ildə 83 faiz artaraq 95 milyon dollar təşkil edib:

“Bu il ticarət dövriyyəsinin 100 milyon dollaradək çatdırılması planlaşdırılır”.

R.Məmmədov əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır, hər iki ölkə iqtisadiyyat, ticarət, təhsil və digər sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır.