Bildiyiniz kimi 2 fevral – Azərbaycan Gəncləri Günüdür.
Gələn il “Gənclər günü”nü doğma, qədim yurd yerlərimizdə Dərələyəzdə, Göyçə, Zəngəzur, bütöv Qərbi Azərbaycan torpaqlarında qeyd etməyi arzulayıram. Bildiyiniz kimi 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Artıq 28 ildir ki, Azərbaycanın əlamətdar günləri təqvimdə yer alan bu bayramı gənclərimizə müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev ərməğan edib. Ulu Öndər tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasəti sayəsində Azərbaycanda mənəviyyatca zəngin, vətənpərvər ruhlu gənc nəsillər yetişir.Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir.
Bu gözəl bayram münasibətilə sizləri təbrik edir, Vətənimizin xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq. Bayramınız mübarək, əziz GƏNCLƏR!
İctimai fəal Vaqif Məhəmməd oğlu