Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Demokratiya adına Quran yandırmaq – “mədəni” Avropa bu rəzilliyə nə qədər dözəcək?

By Vüsal Rafiqoğlu
04.02.2025 4 Min Read

İlahiyyatçı deputat: “Tövrat, İncil yandırılsaydı, eyni laqeydlik olmayacaqdı, çünki…”

Danimarkanın sağçı ekstremist Hardline Partiyasının lideri Rasmus Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında daha bir Quran yandırma aksiyası keçirib. Onun sözlərinə görə, İsveçdə Quran yandıran tədbirin təşkilatçısı Salvan Momikaya hücum edildikdən sonra Danimarka polisi ona bu cür nümayişlər keçirməyi qadağan etsə də bu tədbiri “onun şərəfinə” keçirib.

İraqlı qaçqın Momikanın meyiti yanvarın 29-da İsveçin Sodertalye şəhərində tapılıb. Hadisə ilə bağlı polis 5 nəfəri saxlayıb. Momikanın milli mənsubiyyətinə görə nifrət salmaq ittihamı ilə mühakimə olunması nəzərdə tutulsa da, o, öldürüldüyü üçün məhkəmə təxirə salınıb.

Bildirək ki, İsveçdə Quranı yandırması ilə tanınan 38 yaşlı Salvan Momika güllələnib. 2023-cü ildə də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Nümayiş zamanı Qurani-Kərim yandırılıb. Oman, Qətər, Misir, Fələstin, Livan, Əlcəzair, Mərakeş, Yəmən və bir çox digər müsəlman ölkələri İsveçdə ifrat sağçı siyasətçinin Qurani-Kərimi yandırmasını pisləyib.

Demokratiya və ifadə azadlığı şüarı altında Quranın yandırılması sözsüz ki, islama, onun Peyğəmbərinə (s), Quranı-Kərimə, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış və mənəvi cinayət kimi qiymətləndirilir. Amma bir nüansa diqqət edək. Quran ən son nazil olmuş səmavi kitabdır. Orada digər dinlərin peyğəmbərləri, dinləri haqqında da ayələr, surələr mövcuddur. Quranda İsa Peyğəmbərin, Musanın, Həzrəti Məryəmin və İslam dinindən başqa digər dinlərə mənsub olan müqəddəslərin adları xüsusi sayğı ilə çəkilir.

Yəni əslində Quranı cırmaq, yandırmaq təkcə İslam dininə deyil, bütün dinlərə həqarətdir. Quranı yandırmaqla özünü İslamı aşağılamış kimi göstərən, müsəlmanlara həqarət etdiyini düşünənlər və buna şərait yaradanlar əslində özlərini, öz müqəddəslərini də alçaldır, aşağılayır.

Bəs bu addımı atanlar nəyə nail olmaq istəyirlər? Nədən özünü demokratik sayan Avropa dövlətləri, lap elə Vatikan başçısı – Roma Papası tərəfindən bu əxlaqsız aksiyalar pislənmir? Axı etiqad azadlığı da təməl insan haqları sırasındadır. Birinin insan haqqı isə başqasının insan haqqı başlayan yerdə bitir. O zaman Avropa 2 milyard insanın dini hisslərini aşağılayan bu rəzilliyə niyə dözür, nədən onu önləmir?

Qeyd etmək yerinə düşər ki, zaman-zaman müxtəlif ölkələrdə Quranın yandırılması ilə bağlı məsələ gündəmə gələrkən ölkə liderləri və beynəlxalq təşkilatlar öz etirazlarını bildiriblər.

“Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ildə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib. Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə edən Prezident bildirib: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İsveçdə Quranın yandırılmasını qınayaraq, bu hərəkətin ifadə azadlığı ilə əlaqələndirilməsinin qəbuledilməz olduğunu vurğulayıb. O, belə təxribatların Avropa cəmiyyətlərində islamofobiyanın artmasına səbəb olduğunu qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə Avropa ölkələrində Quranın təkrar-təkrar yandırılmasını “çox ağır cinayət” kimi qiymətləndirib və dini rəmzlərin təhqir olunmasına etiraz etməyin vacibliyini vurğulayıb…

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bu aksiyalar Avropa, Qərb dövlətlərində getdikcə daha geniş vüsət alır. Bu məsələlərdə Qərb dövlətləri seyrçi mövqe tutmaqla kifayətlənir. Hətta Vatikan və digər dini mərkəzlər belə bu məsələyə biganə yanaşır. Dinin qaydalarına görə, hansısa dini kitabı yandırmaq günah sayılır və bu, İslamda qadağan edilib. Tarixdə elə bir fakt yoxdur ki, müsəlmanlar hansısa dini kitabı yandırsın. Bu da İslam dininin nə qədər uca və mütərəqqi bir din olduğunu göstərir.

Ceyhun Məmmədov: Azərbaycan qadının adı ölkəmizdə hər zaman uca tutulmuşdur  - Mektebgushesi

 Ceyhun Məmmədov

Belə bir sual da yaranır, dünyanın hər hansı bir yerində Tövrat, İncil yandırılsaydı, necə olardı.  Heç şübhəsiz ki, bütün dünya ayağa qalxardı, o cümlədən Vatikan da daxil olmaqla, bütün dini mərkəzlər bu hadisəni qətiyyətlə pisləyərdilər. Amma məsələ müsəlmanlara və onların müqəddəs kitabına gəldikdə, bu addımı insan hüquq və azadlıqları ilə əlaqələndirərək don geyindirməyə çalışırlar. Yəni bu hadisəyə insan hüquq və azadlıqları çərçivəsində əsaslandırılmağa cəhd edilir. Onlar nəyə nail olmaq  istəyirlər? Görünür, bunlar dünyada dini zəmində yeni münaqişələr və müharibələr yaratmaq niyyətindədirlər. Tarixdə ən amansız münaqişələr, ən amansız müharibələr dini zəmində olub. Bu çox  təhlükəlidir. Bu, onların özləri üçün də gələcəkdə heç nə vəd etmir”.

Deputat hesab edir ki, bu məsələyə xristianlığın mərkəzi kimi Vatikan da mövqe bildirməlidir: “Hansısa dini kitabı yandırmaq və ya dini şəxsiyyəti təhqir etmək, heç cür insan hüquq və azadlığı ilə əlaqələndirilə bilməz. İslam, Qurani-Kərim dünyada iki milyard müsəlmanın etiqad etdiyi bir dindir. Bu cür addımlar birmənalı olaraq yolverilməzdir. Nə qədər ki, Avropa ölkələri buna insan hüquq və azadlıqları prizmasından yanaşırlar, bu məsələlərə laqeyd münasibət sərgiləyirlər, bu cür aksiyalar, təxribatlar daha da artacaq, geniş miqyas alacaq. Ona görə də məsələyə yanaşma kökündən yanlışdır.

Qərb dövlətləri ehtiyatlı olmalıdırlar və bu cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır. Biz bundan əvvəlki dövrlərdə də bu proseslərə şahid olmuşuq. Bugünkü reallıq da bunu təsdiq edir. Görürük ki, bu cür hadisələr polisin iştirakı və birbaşa müşayiəti ilə baş verir. Hətta bəzi hallarda polis bu cinayətləri törədən insanları dəstəkləyir və onlara himayədarlıq edir. Belə mövqe nümayiş etdirməklə onlar cinayətkarların əməllərini qanuniləşdirməyə çalışırlar. Yəni bu yanaşma əslində hüquqi məsələ kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, bu günə kimi Quranın yandırılması əsasən bir neçə ölkədə baş verib. Belə ki, İsveçdə 2023 və 2024-cü illərdə bir neçə dəfə analoji hadisə baş verib. Ən məşhuru isə Salvan Momikanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmasıdır. Danimarkada Rasmus Paludan və digər ifrat sağçılar bir neçə dəfə Quran yandırma aksiyası keçiriblər. Norveçdə “Stop Islamization of Norway” (Norveçin İslamlaşmasının Dayandırılması) adlı qrupun üzvləri 2019-cu ildən etibarən Quran yandırma aksiyaları keçiriblər. Hollandiyada “Pegida” adlı ifrat sağçı təşkilatın lideri 2023-cü ildə bir neçə dəfə Quranı yandırıb və cırıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Next

Xocalının ilk körpəsi dünyaya gəldi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv