Azərbaycanda 5 yaşlı uşaq civə uddu
Ağdaşda azyaşlı civədən zəhərlənib.
Hadisə Pirəzə kəndində baş verib.
Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib.
Xəstəxanada tibbi yardım göstərildikdən sonra azyaşlı evə buraxılıb. (lent.az)