Cəmiyyət 

AZAL təyyarəsinin Rusiyanın “Pantsir-S” ZRK ilə vurulduğuna dair sübutlar əldə olunub – Reuters

Azərbaycan hökumətindəki mənbələrə istinadən Reuters xəbər agentliyi bildirib ki, Azərbaycan Rusiyanın “Pantsir-S” zenit-raket kompleksi ilə AZAL-a məxsus təyyarənin vurulduğunu sübut edən dəlillərə malikdir.

Məlumata görə, Azərbaycan tərəfi “Pantsir-S” raketinə aid fraqmenti əldə edib. Bu fraqment təyyarədən çıxarılıb və beynəlxalq ekspertiza nəticəsində identifikasiya olunub.

Hadisə ilə bağlı rəsmi açıqlama hələ verilməsə də, məsələ beynəlxalq müstəvidə araşdırılmağa davam edir.

 

Musavat.com

cb220fc7-e8fc-4cef-8bd5-f843c7d876d3.jpg (164 KB)

Daha çox xəbərlər