Tavuşda təşviş…
Dədə-baba torpaqlarımızı bizə can çəkə-çəkə qaytarırlar
Xeyli müddətdir ki, Qazax rayonunun işğal altında qalan bir neçə kəndinin qaytarılması iə bağlı Ermənistanda ardı-arası kəsilməyən müzakirələr aparılır. Erməni həyasızlığı o dərəcəyə çatıb ki, işğal etdikləri ərazilərdən elə-belə çıxmaq istəmirlər. Hətta bir müddət Fransa prezidenti Emmanuel Makronun təhrikedici planına uyub danışıqlarda təxribatçı mövqe də tutdular. Ancaq son aylarda Cənubi Qafqazda cərəyan edən proseslər göstərdi ki, Ermənistan Azərbaycana məxsus kəndləri qaytarmasa geridönüşü olmayan bir problemlə təkbətək qalacaq. O vəziyyətdə isə Makron və ya qeyrisi ona köməyə gələ bilməyəcək.
“Ermənistan hökuməti demarkasiya prosesinin növbəti mərhələsinə başlamaqdan öncə hüquq mühafizə orqanları və hökumətin sadiq adamları vasitəsilə Tavuş vilayətində qəsdən dezinformasiya yaymağa başlayıb”. Bu sözləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan deyib. Onun sözlərinə görə, bölgənin müxtəlif kəndlərində proseslə bağlı fərqli məlumatlar yayılıb: “Çox fərqli ssenarilərə əsaslanan məlumatlar yayılır. Bunların haradan qaynaqlandığı, hansı mənbədən yayıldığı məlum deyil. Bu, hökumətin fırtınadan öncə genişmiqyaslı hazırlığıdır. Bəzi yerlərdə total dezinformasiya yayılır, bəzilərində isə informasiya blokadası formalaşdırılır”.
2025-ci il yanvarın 16-da Azərbaycan ilə Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin Tavuşdan başlamaqla Gürcüstandan İran sərhədinə kimi davam etdirilməsi razılaşdırılıb. Vurğulamaq lazımdır ki, bir çox daşnak birlikləri bu plana da qarşı çıxırdılar. Ancaq sonda çıxılmaz vəziyyətə düşəcəklərini anlayıb susdular. Ermənistan KİV budəfəki proses çərçivəsində Qazaxın işğalda olan anklav kəndlərinin – Sofulunun, Bərxudarlının, Yuxarı Əskiparanın və Naxçıvanın Kərki kəndlərinin Azərbaycana təhvil veriləcəyini yazır.
Yayılan bu xəbərlər Tavuşdakı erməniləri təşvişə salıb. Rayonun bu kəndlərində toplaşan pozucu qüvvələrin nümayəndələri əhali arasında həyəcanlı xəbərlər yayaraq prosesi pozmağa çalışırlar. Ancaq təşvişi artıran daha bir müəmmalı hadisə də baş verib. Tavuş qubernatoru Kirants kəndinə gələrək maşınından düşməyib və əhaliyə heç bir sakitləşdirici məlumat verməyərək oradan uzaqlaşıb. Bu isə kənd əhalisini daha da qopxuya salıb. Təəccüblüdür ki, Ermənistan rəhbərləri sanki insanlara həqiqəti deməkdən çəkinir, özlərinin olmayan ərazilərin əsl sahibinə qaytarılmasının vacibliyini izah etmir, onları narahat vəziyyətdə saxlayırlar. Ancaq hamı bilir ki, sözügedən kəndlər Birinci Qarabağ müharibəsində Ermənistanın quldur silahlı birləşmələri tərəfindən silah gücünə işğal edilib. Terrorçuların Əskiparada törətdikləri ağlagəlməz soyqırımı yaddaşlardan çıxmayıb. İşğal edilən kəndlərin minlərlə sakini isə ölkənin bir çox rayonlarına səpələndilər. Ancaq İkinci Qarabağ müharibəsində aldıqları “Dəmir yumruq” zərbələrindən şok keçirən ermənilər onun xofundan hələ də xilas ola bilmirlər. Təəccüblüdür ki, köçməli olan ermənilər bir-birlərindən soruşurlar ki, bəs hara gedəcəklər? Deyən yoxdur ki, hansı cəhənnəmdən gəlmisiniz, ora. Sanki dədə-baba yurdlarıdır, qır-saqqız olub yapışıblar.
Bu gün həmin kəndlərin və əkin sahələrinin öz sahibinə qaytarılması tamamilə haqlı və məntiqə uyğundur. Ancaq daşnak ermənilərin bir məntiqi var: Oğurladıqları və cinayət yolu ilə ələ keçirdikləri nə varsa onların olmalıdır. Kim bilməsə də biz bilirik ki, bu, ermənilərə ata-babalarından qalma keyfiyyətdir. Bunlar Azərbaycandan oğurladıqlarını Rusiya imperiyasının əli ilə “qanuniləşdiriblər.” Bəlkə də kəndlərimizin ərazilərində xaçlar basdırıblar ki, gələcəkdə onları “kəşf” edib dünyaya göstərsinlər ki, baxın, buralar bizim qədim torpaqlarımızdır, türklər əlimizdən zorla alıblar. Ancaq bu dəfə fırıldaq baş tutmadı. Saysız-hesabsız digər fırıldaqlarının və yalanlarının da üstü bir-bir açılmaqdadır. Artıq rus alimləri də vaxtilə Ermənistanın Azərbaycan ərazisində qondardıqlarını deyir və yazırlar. Daşnaklar üçün yaxalarını cıran Rusiya politoloqları və dövlət məmurları ciddi səhvə yol verdiklərini çox gec anlayaraq indi peşman olublar. Rusiya kimi böyük havadarından məhrum olan nankor ermənilər isə daha əvvəlkilər kimi at oynada bilmirlər. Artıq bədəl ödəmə vaxtıdır. Xəyali Ermənistan sərsəmləmələri isə elə xəyallarında da qalaqacaqdır.
Vəli İlyasov, “İki sahil”