Bu ixtisas ləğv edilir – Nazir AÇIQLADI
Azərbaycanda kolleclərdə “Müəllimlik” ixtisası mərhələli şəkildə ləğv olunacaq.
ARANTV.AZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində məlumat verib.
Nazir qeyd edib ki, bu dəyişiklik müəllimlik peşəsinin keyfiyyətini yüksəltmək və rəqabət mühitini gücləndirmək məqsədi daşıyır.
Onun sözlərinə görə, hazırda kimya, fizika, biologiya və riyaziyyat kimi fənlərin müəllimləri yalnız ali təhsil müəssisələrində hazırlanır. Kolleclər isə əsasən ibtidai sinif, musiqi və təsviri incəsənət müəllimlərinin yetişdirilməsi ilə məşğuldur.
Nazirin sözlərinə əsasən, gələcəkdə kolleclərdə ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığına da məhdudiyyətlər tətbiq ediləcək.