Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tribunanı tribunala kim dəyişər? – Putin aqibətinin Miloşeviç kimi olmasını istəməyəcək

By Vüsal Rafiqoğlu
07.02.2025 4 Min Read

Xəbər verildiyi kimi, Avropa Şurası Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlib. Əgər tribunal yaradılarsa, o, Beynəlxalq Cinayət Məhkəməsindən müstəqil olacaq və ilk növbədə Vladimir Putinin işinə baxacaq.

Böyük ehtimalla sözügedən tribunal yaradılacaq. Rusiyanın onun təsisatına mane olmaq üçün rıçağı yoxdur.

Bu tribunal BMT-nin nəzdində yaradılsaydı, Rusiya bir veto ilə ona mane olar, hələ Çinin də dəstəyini qazanardı.

Əslində belə çıxır ki, dünyanın baş üstqurum təşkilatı olan BMT-nin təməli öncədən düz qoyulmayıb. Təsəvvür edin ki, dünyada ən çox hərbi cinayət törədən 5 dövlət (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) BMT-nin təhükəsizlik Şurasının üzvləridir, veto hüquqları var və özlərinə qarşı bu cür ittihamlar olanda xüsusi tribunalın yaradılmasına veto qoyur, məsuliyyətdən kənarda qalırlar.

Avropa İttifaqının xarici siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, o, Putinin Ukraynaya hücum və onun suverenliyini pozmaq qərarı ilə təcavüz cinayəti törətdiyinə şübhə etmir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də eyni fikri bölüşüb, deyib ki, Rusiya BMT nizamnaməsini pozaraq, Ukraynanın sərhədlərini tanklarla keçib və ən ağır cinayətlərdən birini – təcavüz cinayətini törədib.

photo_256204.jpg (81 KB)

Rusiya isə bir dəfə özünə qarşı tribunal yaradılmasının qarşısını alıb. Bu hadisə 2015-ci ilin iyul ayında baş verib. 2014-cü ildə Malayziya havayolu şirkətinə məxsus “Boinq” təyyarəsinin Rusiya hərbçiləri tərəfindən Donetsk üzərində vurulub və təyyarədə olan 298 nəfərin hamısı ölüb. Ondan 1 il sonra Avstraliya, Belçika, Malayziya, Hollandiya və Ukrayna bu iş üzrə beynəlxalq tribunalın yaradılması ilə bağlı BMT Təhlükəsizlik Şurasına layihə təqdim edib.

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin əvvəlcədən xəbərdarlıq edib ki, Təhlükəsizlik Şurasında veto hüququna malik olan Moskva onun yaradılmasına imkan verməyəcək. Elə də olub.

Layihənin keçməsi üçün BMT nizamnaməsi ilə tələb olunan daimi və müvəqqəti 15 TŞ üzvlündən 9-nun səsi kifayət olsa da, TŞ üzvü olan 15 ölkədən 11-i qətnamənin lehinə səs verib. Anqola, Çin və Venesuela bitərəf qalıb. Rusiya veto hüququndan istifadə edib və xüsusi tribunalın yaradılması mümkün olmayıb.

Rusiya tərəfi bildirib ki, hərtərəfli araşdırma aparılmayana qədər tribunal yaratmaq tezdir və əvvəllər hava qəzaları ilə bağlı beynəlxalq tribunallar yaradılmayıb.

Bu arada beynəlxalq tribunalların yaradılması təcrübəsi zəngin deyil. İndiyədək cəmi beş beynəlxalq tribunal yaradılıb: Nürnberq tribunalı; Tokio tribunalı; keçmiş Yuqoslaviya üzrə tribunal; Ruanda genosidi üzrə tribunal; Livanın baş naziri Rafik Həririnin qətli üzrə tribunal.

İlk iki halda tribunallar BMT tərəfindən deyil, hökumətlərarası razılaşmalar əsasında yaradılıb. Tokio prosesində ABŞ, SSRİ, İngiltərə və Fransadan başqa, Asiya-Sakit okean regionunun Yaponiya təcavüzündən və işğalından əziyyət çəkən daha yeddi dövləti iştirak edib.

Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda tribunalları soyqırım, işğal, müharibə qanun-qaydalarının pozulması cinayətlərini araşdırıb.

Ancaq Nürnberq tribunalının işində müəyyən pozuntular qeydə alınıb. “Qalibləri mühakimə etmirlər” kimi əldəqayırma aforizm bu proses zamanı daha da populyarlaşıb. Bir sıra tarixçilər işğal olunmuş ölkədə qaliblərin məğlubları mühakimə etdiyini, ikili standartların tətbiq edildiyini, ədalətin təməl prinsipinin – obyektivlik və qərəzsizliyin pozulduğunu vurğulayırlar.

SSRİ-nin baş prokuroru Andrey Vışinski gözlənilən məhkəmə prosesində ölkəsinin ittihamlara məruz qalacağını bilərək, London konfransına SSRİ-nin toxunmamağı tələb etdiyi doqquz “arzuolunmaz məsələ”nin siyahısını təqdim edib.

ribben.jpg (103 KB)

Naisist Almaniyasının xarici işlər naziri Ribbentrop isə müharibənin başlanmasında rolu olan şəxs kimi ittiham olunduğu zaman deyib: “Mən marşal Stalinlə görüşmək üçün Moskvaya gələndə o, mənimlə Almaniya-Polşa münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyünü müzakirə etmədi, amma açıq şəkildə bildirdi ki, əgər o, Polşanın yarısını və Baltikyanı ölkələri almayacaqsa, mən dərhal geriyə uça bilərəm”. Ribbentrop bu sözlərlə sovet dövlətini Almaniyanın müharibə cinayətinə ortaq olmaqda ittiham edib.

Alman sualtı donanmasının keçmiş komandiri Karl Denis alman sualtı qayıqların silahsız nəqliyyat vasitələrini batırmasında ittiham olunarkən, onun vəkilləri digər döyüşən ölkələrin donanmalarının da eyni şeyi etdiyini bildirib. Bu zaman məhkəməyə sədrlik edən zabit onların sözünü kəsib: “Biz burada nasistləri mühakimə etməyə gəlmişik, onların qaliblərini yox”.

yalta.jpg (130 KB)

1945-ci ilin fevral ayının bu günləri Yaltada təşkil olunmuş beynəlxalq konfransın iştirakçıları da nasistlər üzərində keçiriləcək məhkəmə prosesinin hüquqi yox, siyasi xarakter daşıyacağı fikri ilə razılaşıblar. İngiltərənin baş naziri Uinston Çörçill isə daha konkret təkliflə çıxış edib: “Əsas cinayətkarları tutduğumuz anda güllələyək”.

MİLHAAQ.jpg (63 KB)

Ancaq belə bir gerçəklik də var ki, BMT-nin hərbi cinayətlərdə ittiham olunan vəzifəli şəxsləri – iş başında olan rəhbərləri beynəlxalq məhkəməyə fiziki olaraq cəlb etmək imkanı yoxdur. Məsələn, keçmiş Yuqoslaviya ərazisində baş verən vətəndaş müharibəsində hərbi cinayətlər törətməkdə ittiham olunan Serbiya prezidenti Slabodan Miloşeviçi yalnız hakimiyyətdən devriləndən sonra yeni hakimiyyətdən alaraq Haaqaya aparmaq mümkün oldu.

2008-ci ilin iyulunda Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Darfurda etnik təmizləmə apardığına görə həbs qərarı verilən Sudan prezidenti Ömər Bəşir isə hələ də ölkəsini idarə etməkdədir və Afrika İttifaqının sammitlərində iştirak edir.

putttt.jpg (49 KB)

Ona görə də Putinin hansısa xüsusi tribunalda mühakimə olunmasını təmin edilməsi üçün ilk növbədə o, hakimiyyətdən getməlidir. Əgər Putin vəzifəsini bu gün itirsə, marta qalmaz, adamı tapıb, alıb, Niderlanda apararlar. Bunu Putin özü də bilir. Ona görə də o, heç vaxt postundan getmək istəməyəcək. Ayaqları önə cütlənmiş və şaquli halda Kremldən çıxarılan Putini isə mühakimə etmək lazım gəlməyəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

45 azərbaycanlı Almaniyadan readmissiya olunub

Next

Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv