Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakının Abxaziyadakı “seçki”yə reaksiyasının səbəbi

By Vüsal Rafiqoğlu
18.02.2025 3 Min Read

Azərbaycan hüquqi dövlət quruculuğunda hər bir ölkəyə dəstək verməyə hazırdır; GUAM-da yeganə ölkəyik ki…

Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkisini tanımır”. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında belə bildirilib. “Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır. Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, – sənəddə qeyd olunub. Rəsmi Bakının bəyanatı göstərir ki, Azərbaycan bu problemi 30 ildən artıq yaşamış bir ölkə olaraq, separatizmdən zərər çəkən dövlətlərin yanındadır. Vaxtilə Qarabağda da belə qondarma seçkilər keçirilirdi. İndi özlərini prezident elan edənlər Bakıda mühakimə olunurlar – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan. Sonuncu isə Samvel Şahramanyan idi ki, bu “vəzifə”də heç 10 gün qalmadı və antiterror əməliyyatından sonra başını götürüb qaçdı.

Yəni Azərbaycan hüquqi dövlət quruculuğu prosesini Qarabağın bütün ərazilərində bərqərar etdi. Orada indi qanuni idarəçilik mövcuddur. Buna qədər isə heç bir dövlətin müstəqilliyini tanımadığı saxta bir rejimin əski parçası olan bayrağı, polisi, prokuroru varıydısa, onların hamısı tarixin zibilliyinə göndərildi. İndi isə Azərbaycanın Abxaziyadakı qondarma seçkilərlə bağlı rəsmi mövqeyi göstərir ki, biz separatizm probleminin nə olduğunu yaxşı bilirik və bu gün ondan əziyyət çəkənlərə dəstək verməyə hazırıq. Çünki hüquqi dövlət quruculuğu ən prioritet məsələdir. Ona görə də Azərbaycan bu problemin həllində hər zaman təkcə Gürcüstan deyil, Ukrayna, Moldova kimi dost ölkələrin də yanındadır. Bəllidir ki, Moldovanın Dnestryanı, Ukraynanın isə Donbas kimi separatçı bölgələri var. Hazırda Rusiya 2014-cü ildə separatizm baş qaldırmış Luqansk və Donetski ilhaq edir. Dnestryanı ərazidə isə bunu etmək mümkün olmur, çünki quru sərhəd yoxdur. Əgər ruslar Odessanı götürə bilsəydilər, onda Moldovanın həmin bölgəsinə quru yolu təmin edəcəkdilər. Abxaziya və Cənubi Osetiya isə ilhaq üçün əlverişlidir, lakin hələlik Moskva burada daha çox separatizm olmasında maraqlı görünür. Beləliklə, GUAM üzvü olan 4 ölkənin hər biri separatizm problemi ilə üzləşib, yalnız Azərbaycan 2023-cü ildə bu yaralı məsələni ordu gücünə həll edib.

Onların qarşısındakı isə birbaşa Rusiyadır, yəni həmin ərazilərdə qoşun saxlayırlar. Azərbaycanın əlini gücləndirən faktor isə xunta rejiminin mövcud olduğu dövrdə rus hərbçilərinin orada bazalarının yerləşdirilməməsi idi. Eləcə də antiterror əməliyyatı zamanı sülhməramlı kontingent prosesə qarışa bilmədi. Odur ki, indi hüquqi dövlət quruculuğu sözügedən ölkələr üçün olduqca ağrılı məsələdir. Çünki bu problemlərin həlli yaxında görünmür. Ona görə də rəsmi Bakının Abxaziyada keçirilmiş qondarma seçkilərə dair bəyanatı məntiqlidir. Bununla göstərdik ki, öz problemimizi həll etməklə heç də başqalarının yaşadığı oxşar çətinliyi unutmuruq, əksinə, beynəlxalq hüquqa söykənirik. Çünki hüquqi dövlət quruculuğu beynəlxalq hüquqda təməl daşıdır.

İkitərəfli formatın qəbul edilməsi vacibdir-Züriyə Qarayeva » www.Bia.Az

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayevanın fikrincə, Azərbaycan separatizmdən əziyyət çəkdiyi dövrdə bir sıra Qərb dairələri, eləcə də ABŞ-dan qondarma rejimə humanitar yardım adı ilə dəstək verilirdi: “Azərbaycan öz gücünə bu terrorçu rejimə son qoydu. Bizə beynəlxalq dəstək olmadı. Az qala bizi erməniləri etnik təmizləməyə məruz qoymaqda ittiham edirdilər. Halbuki onlara qalmaq və Azərbaycan vətəndaşı kimi yaşamaq təklif edilmişdi. Biz dinc ermənilərə müraciət etdik ki, hüquqi dövlət quruculuğu Qarabağın onlar yaşayan hissəsinə çatacaq, saxta pasport deyil, Azərbaycanın şəxsiyyət vəsiqəsini alaraq yaşayacaqsınız. Sadəcə, qalmaq istəmədilər və biz də məcbur edə bilməzdik. Bu gün Gürcüstan da separatizmə qarşı mübarizə üçün Qərbdən dəstək ala bilmir. Moldova avrointeqrasiya yolunu tutsa da, onun separatçı bölgəsi ilə bağlı Avropadan böyük dəstək müşahidə edilmir. Yalnız Ukraynaya separatçı regionlarda döyüşmək üçün dəstək verilir. Yəni separatizm dünyanın bəlasıdır, Avropanın özündə də var, amma buna qarşı mübarizədə ölkələrə lazımi qədər dəstək yoxdur”.

Z.Qarayeva hesab edir k, hüquqi dövlət quruculuğu olmadan sabitlik və inkişaf mümkün deyil: “Bu gün Qarabağa, onun separatizm mövcud olmuş ərazilərinə sabitlik, normal həyat gəlib. Çünki qanunlar işləyir, xunta rejimi yoxdur, silahlar susub. Dövlət içində dövlət qurmaq istəyəndə, bunun üçün silahlanıb terrorçu fəaliyyətlə məşğul olanda ölkədə sabitlik yaranmır. Azərbaycan Qarabağa bu sabitliyi gətirib. Bu gün məhkəmədən də bəlli olur ki, onlar necə silahlanmışdı. O baxımdan, biz Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrə separatizmlə mübarizədə siyasi-mənəvi dəstəyimizi həmişə verəcəyik. Onlar da bizi nümunə görürlər və problemi necə həll etməyimizə heyrandırlar”.

Hazırladı: Emil SALAMOĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Ərə getmək istədim” – Aysel Əlizadə

Next

Bakının daxili borclanma siyasətində yenilik: tənzimlənmələr gözlənilir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv