Emil Qarayevə ali xüsusi rütbə verildi- Sərəncam
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, E.Qarayev 2024-cü ilin iyununda Dövlət Vergi Xidmətinin rəisinin müavini təyin edilib.

