Hadisə 

“BMW” “Ford” ilə toqquşdu: hər iki maşın arakəsməyə dəyərək aşdı – VİDEO

Aeroport yolunda baş verən dəhşətli qəza kameraya düşüb.

ARANTV.AZ avtosfer.az-a istinadən xəbər verir ki, “BMW” markalı avtomobil idarəetməni itirərək “Ford” markalı mikroavtobusa dəyir. Bu zaman “Ford” hərəkət istiqamətini dəyişərək dəmir arakəsməyə çırpılır.

Ardınca isə bir neçə dəfə çevrilərək aşır. Eyni zamanda “BMW” də digər dəmir arakəsməyə dəyir. Hadisə nəticəsində hər iki sürücü yaralanır.

“Ford”un daşıdığı yük yola səpələnir. Görüntüləri təqdim edirik:

Daha çox xəbərlər