Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan GUAM-da sədrliyi təhvil verdi – təşkilatda böhran

By Vüsal Rafiqoğlu
05.03.2025 4 Min Read

Ekspertlərə görə, bunun əsas səbəbi üzv ölkələr arasında tərəfdaşlığın istənilən səviyyədə olmamasıdır

Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib. “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib və toplantıda quruma üzv ölkələrin parlament nümayəndələri iştirak ediblər.

Sessiya çərçivəsində birgə komitə iclası və büro toplantısı keçirilib, yekun sənədin son variantı təsdiqlənib və assambleya iclasında çıxışlar edilib.

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM üzv ölkələri arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib. O vurğulayıb ki, bu, ümumi imkanların araşdırılmasına və qarşılıqlı inkişafa töhfə verir. Çxeişvilinin sözlərinə görə, dialoqun, bilik və təcrübə mübadiləsinin, eləcə də yeni layihə və təşəbbüslərə üstünlük verilməsinin vacibliyi ön planda olmalıdır. O qeyd edib ki, GUAM çərçivəsində ticarət, rabitə, energetika və nəqliyyat sahələrində geniş imkanlar mövcuddur və bu istiqamətdə milli parlamentlər də mühüm rol oynaya bilərlər. T.Çxeişvili çıxışında son illərdə GUAM regionunun artan çağırışlarla üzləşdiyini, bunun üzv ölkələrin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü üçün təhdid yaratdığını vurğulayıb. O, regionda sülhün qorunmasının vacibliyini qeyd edərək, Gürcüstanın bu istiqamətdəki prioritetlərini deputatların diqqətinə çatdırıb. Sessiyanın sonunda assambleyanın yekun sənədi – kommunike qəbul edilib. GUAM Parlament Assambleyasının sədrliyi bir il müddətinə Azərbaycandan Gürcüstana keçib.

Yada salaq ki, GUAM 10 oktyabr 1997-ci ildə Strasburqda  keçirilmiş zirvə görüşündə yaradılıb. 23 may 2006-cı ildə Kiyevdə keçirilmiş zirvə görüşündə isə iştirakçı dövlətlərin dövlət başçılarının nizamnaməni imzalamaları ilə GUAM təşkilat statusuna sahib olub.

Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna GUAM-ın təsisçiləri və hazırkı üzv-dövlətləridir.

Demokratiyanın inkişafı, iqtisadi inkişaf, təhlükəsizlik və sabitlik GUAM-ın əsas məqsədləri sırasındadır və üzv dövlətlər bu istiqamətdə fəal əməkdaşlıq edir. İqtisadi əməkdaşlığın ticarət, nəqliyyat, gömrük, turizm, texnologiyalar kimi sahələri GUAM çərçivəsində əməkdaşlığın prioritet istiqamətləridir. GUAM Azad Ticarət Sazişi və GUAM Nəqliyyat Dəhlizi təşkilat çərçivəsində ən vacib layihələrdir.

GUAM çərçivəsində sahəvi əməkdaşlıq ticarət, nəqliyyat, gömrük, turizm, enerji, fövqəladə hallar, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, təbii fəlakətlərin idarə olunması, təhsil, mədəniyyət, elm və texnologiya və s. kimi işçi orqanlar tərəfindən aparılır.

GUAM İşgüzar Şurası və GUAM Parlament Assambleyası GUAM-ın əlaqədar təşkilatlarıdır. GUAM katibliyi nizamnaməyə əsasən Kiyev şəhərində yerləşir.

Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik edib. Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda ölkəmizin GUAM yanında daimi nümayəndəsidir.

Bəs təşkilatı fəalliyyətini niyə dirçəltmək mümkün olmur? Bu format sanki ömrünü başa vurmuş kimi görünür, xüsusilə Ukrayna müharibəsindən sonra. Bəs ekspertlər bu barədə nə düşünür?

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı GUAM-ın effektsizliyinə diqqət çəkdi: “GUAM 1997-ci il oktyabrın 10-da Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı ilə regional əməkdaşlıq və siyasi müzakirələr məqsədilə yaradılmış təşkilatdır. 2001-ci ildə Yalta şəhərində keçirilən ilk zirvə görüşündən sonra beynəlxalq struktur kimi formalaşan təşkilat bu zamana qədər istər qurum çərçivəsində, istərsə də qlobal müstəvidə baş verən siyasi proseslərdə gözlənildiyi kimi effektiv mövqe sərgiləyə bilməyib. Geosiyasi təsirlər, regional münaqişələr, iqtisadi problemlər, siyasi dəyişikliklər və strateji maraqların toqquşması dördlü formatın fəaliyyətini çətinləşdirən əsas faktorlardır. Hazırda GUAM daxilində siyasi, iqtisadi və hərbi güc kontekstində müstəqil aktor kimi çıxış edən yeganə dövlət məhz Azərbaycandır. Ölkəmiz öz potensialı hesabına işğalı sonlandırmış, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Lakin digər üzvlər haqqında eyni sözləri demək olduqca çətindir. Çünki Gürcüstan və Ukrayna indi də Rusiyanın işğalından əziyyət çəkir, Moldovada siyasi istiqrarsızlıq hökm sürür və rəsmi Moskva növbəti hədəf olaraq Kişinyovu təhdid edir. Belə olduğu təqdirdə, GUAM mövcud potensialını lazımi səviyyədə səfərbər edə bilmir. Ancaq formatın dirçəldilməsi üçün ilk növbədə təhlükəsiz mühit formalaşdırılmalıdır, müzakirələrin artırılması əsasında sənaye və iqtisadi əməkdaşlığın genişləndirilməsi lazımdır”.

Elxan Şahinoğlu: “Rusiya ən ağır dövrünü yaşayır”

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu qurumun zəifləməsinə səbəb kimi bu amili irəli sürdü: “GUAM 1990-cı illərin sonunda təsis olunanda üzv ölkələri bir neçə amil birləşdirirdi. Birincisi, Rusiyanın hər bir GUAM-a üzv ölkə ilə münasibətləri gərgin idi, Moskvanın təzyiqləri var idi. Buna görə də GUAM ölkələri Rusiyanın təziqlərindən birgə qorunmağa üstünlük verirdilər. İkincisi, GUAM ölkələrinin hər birində separatçı bölgə var idi və həmin separatçılar Moskvadan dəstək alırdılar. Üçüncüsü, GUAM ölkələri Qərbin siyasi, iqtisadi və hərbi təşkilatlarına birgə inteqrasiya yolunu tutmuşdular. Bu gün bu mövzuların bir çoxunun aktuallığı azalıb. GUAM üzvlərindən Ukrayna və Moldova NATO və Avropa İttifaqına üzv olmaq istəyirlər. Azərbaycanın belə bir hədəfi yoxdur. Gürcüstan Ukrayna və Moldova kimi NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoysa da, Qərblə münasibətlərində gərginlik yaşayır. Avropa İttifaqının Gürcüstan rəsmilərinə qarşı sanksiya qərarları var. Azərbaycanın GUAM-ın digər üzvlərindən fərqləndirən digər amil separatçılığa son qoymasıdır.

GUAM-ın zəifləməsinə səbəb üzv ölkələr arasında tərəfdaşlığın istənilən səviyyədə olmamasıdır. Doğrudur, Azərbaycan Gürcüstanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirib. Ukraynada müharibə getdiyindən bu ölkə GUAM üzvləri ilə iqtisadi əlaqələri yüksək səviyyəyə qaldıra bilmir. Moldovanın Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələri isə aşağı səviyyədədir. Təşkilatı zəiflədən digər amil Gürcüstanla Ukrayna arasındakı münasibətlərdə gərginlikdir. Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın indiki hakimiyyətini Rusiya ilə əlaqələrinə görə, Gürcüstan hakimiyyəti isə əksinə, Ukrayna hakimiyyətini sərt tənqid edir. Bu amil də GUAM-ın fəallığına əngəldir. Buna baxmayaraq, təşkilat aşağı səviyyədə fəaliyyətini davam etdirir. Mümkündür ki, gələcəkdə üzv ölkələr arasında inteqrasiya güclənsin. Məsələn, Azərbaycanla Gürcüstanı birləşdirən nəqliyyat və enerji layihələrinə Ukrayna və Moldovanın qoşulması mümkündür”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğan Azərbaycanla bağlı SƏNƏDİ İMZALADI, Türk ordusu bu ölkəyə GİRİR–ABŞ və İsrailə AĞIR ZƏRBƏ!

Next

Sumqayıtda qadın qadını BIÇAQLADI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv