Hadisə 

Əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olundu

Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub.

Bu barədə Musavat.com-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Daha çox xəbərlər