Dünya 

Rusiyada ağır qəza: 7 ölü, 21 yaralı

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Yaroslavl vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Yaroslavl-İvanovo yolunda baş verən qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Daha çox xəbərlər