Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Narkotacir eşşək, narkodiler quş, indi də heroin dronu

By Vüsal Rafiqoğlu
08.03.2025 3 Min Read

Bu əziz gündə bəlkə də narkotranzitdən bəhs etmək yerinə düşməyəcək. Amma aktual məsələdir. Həm də vacib. Təsəvvür edin, dünyanın üç ən pullu işindən biridir.

O biri iki gəlirli biznes silah və insan alveridir, amma o hər adamın işi deyil. O mənada ki, birinciyə hər adamın əli çatmır, ikinci isə sırf namus-qeyrət, vicdan-şərəf məsələsidir, hələm-hələm adam o alverə girişməz.

Narkotik maddələrlə alverdən gələn çuval-çuval pul-para isə çox adamın beynini çöndərə bilər – necə ki, oxumuş adamlar demişkən, elə bir tendensiya var.

Amma bu, heç kəsə asan iş kimi gəlməsin, çox çətinlikləri var. O vaxt Pablo Eskobar söz düşəndə dostu Migelə deyirmiş ki, Migel, bu kokain kimi gözüm ağarsın yalan deyirəmsə, bu neməti Amerikaya çatdırana qədər itin zülmünü çəkirəm.

Adam tonlarla narkotik maddələri təyyarələrlə, gəmilərlə Birləşmiş Ştatlara daşıtdırırmış, oradan gələn ton-ton dollarları da alıb anbara vururmuş.

İndi çox çətindir, andırı nə açıq daşımaq olur, nə də gizli şəkildə. Sərhədlərdə rentgenlər quraşdırılıb, kinoloqların bəslədikləri itlər də bir yandan maddənin iyini alan kimi “hav-hav-hav” edir. Ayıb olmasın, adamın gödən bağırsağındakı 200 qramlıq həşişi də tapıb çıxarırlar.

Hərçənd 5-6 il əvvəl İrandan Azərbaycanda keçirilimiş, aldadılmış gömrükçülərin baş üstündən Gürcüstana adladılmış, sonra Türkiyə sərhədində tutulmuş 2950 litr maye heroinin axırı necə oldu, bilinmədi. Daşıyan adamı tutdular, amma daşıtdıran Eskobarı tapa bilmədilər.

Budur, xəbər yayılıb ki, sərhədçilərimiz “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 515 qram olan narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkəmizə keçirilməsinin qarşısını alıblar.
İndi siz işə baxın, görün, narkotacirlərin beyni necə işləyir, söhbətə kiçik həcmli dronu da cəlb ediblər. Bəlkə də onlar “Harop” və “Bayraqdar”a da əl atardılar, amma onlar gözə tez görünür, həm də səsi var, salamatı elə videoçəkən PUA-lardır. Hər dəfə bir yerinə yarım kilo “mal” bağlayıb uçurdursan. Günə 10 reys eləsə, nəyinə bəs deyil?

Gerçəkdən də ehtiyac insanları ixtiraçı olmağa vadar edirmiş. Bir müddət əvvəl Ələt tərəflərdə dənizdə “Yamaha-200″ mühərriki ilə təchiz edilmiş sürətli qayıqda da narkotik maddə tutulmuşdu. Bir-birinə yaraşan adlar daşıyan Mehran və Şəhram adlı İran vətəndaşlarından 41 kq 535 qr marixuana və 1 kq 015 qr metafetamin tapılmışdı.

Sonra da deyirlər ki, İran qonşu ölkələrə məzhəbçilik, “yaşıl inqilab” ixrac etmək istəyir. Bu saat o aktual deyil. Ortada konqkret ixracat məhsulları var: tiryək-miryək, həşiş-məşiş, heroin-meroin, metam-fetam və s. İnqilaba baxmayın, bunların alıcısı çoxdur.

Narkotranzit işlərinə baxanların əl atmadığı üsul yoxdur. 5-6 İl İranla quru sərhədlərimizin olduğu dağlıq rayonlarda tacirlər bir eşşəyi narkoman ediblərmiş. İranda iynəsini vurur, qarnının altına narkotik maddə sarıyır, dağ cığırları ilə göndərirmişlər bu tərəfə. Burada yükü açırmışlar, eşşəyin iynələnmək dəmi gələndə göndərirmişlər o tərəfə. Yazıq eşşək çatırmış, lazımi dozasını alıb kayfını tuturmuş, yenidən hallı-hallı və yüklü-yüklü gəlirmiş bəri tərəfə. Axırda sərhədçilər şübhələniblər ki, bu dilsiz-ağızsız heyvan nə çox o tərəfə-bu tərəfə keçir, burda bir iş var. Tutub eşşəyi ifşa ediblər, amma o da kişi kimi heç kəsi satmayıb.

Narkotik maddə daşımaqla bağlı daha bir kuryoz əhvalat öz ölkəmizdə, Abşeronda, yerli türmələrin birində baş verib. Türmədə yatan bir quşbaz qaqaş rəislərin icazəsi ilə göyərçin saxlayırmış – hobbi kimi. Hər gün damdan quşları uçurdub fıştırıqlayırmış. Azad göyərçinlər uçub “zon”dan çıxır, bir azdan qayıdıb gəlirmişlər. Sonradan məlum olub ki, həbsxanaya qayıdan quşların bəziləri ayaqlarında 1-2 qramlıq bükülüdə narkotik maddə gətiriirlər. Heç demə, qaqaşın “volya”dakı qaqaşı öz əzizini və ehtiyacı olan türmə əhlini bu yolla təmin edirmiş. Axırda quşbazı tutub, işini artırıblar, narkodiler quşları da başqa quşbaza veriblər.

Vəziyyət bu cürdür. Bəziləri də deyir, bu işdə yaxşı pul var. Ola bilər ki, pul var, amma əziyyəti çoxdur, daima öz üzərində işləməyi, novatorluq etməyi, müasir texnoloji vasitələrdən yararlanmağı tələb edir.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Orucluqda mübahisəli məsələlər – Diş fırçalamaq, öpüşmək, saqqız çeynəmək olarmı?

Next

“Göyərtilər günün sonuna kimi satılsa…” – Qadınlar nə istəyir? – Fotolar

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv