Region Xəbərləri 

Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdədə vətəndaşları qəbul edib.

Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaşların problemlərinin öyrənilməsi, həlli və məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Milli Məclisin deputatı Xanlar Fətiyev martın 10- da YAP Bərdə rayon təşkilatında və rayonun Hüseynalılar kəndində vətəndaş qəbulu keçirib.

Qəbul zamanı Xanlar Fətiyev vətəndaşların işıq, içməli su, suvarma kanallarının təmizlədilməsi, körpü, işıq xətlərinin yenilənməsi və s. ümumi və həmçinin, vətəndaşların işlə təmin olunma və s. şəxsi problemləri ilə tanış olub, onların həllinə çalışıb.

Qəbulda vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Daha çox xəbərlər