Cəmiyyət 

İmsakda mütləq 2 ədəd quru əncir yeyin!

Quru əncir tərkibindəki yüksək miqdarda lif və şəkərlə olduqca faydalıdır.

Ölkə.Az xəbər verir ki, mütəxəssislər Ramazan ayında sağlam oruc tutmaq üçün yatmazdan əvvəl sahurda 2 ədəd əncir qurusu yeməyi tövsiyə edir.

Yatmadan əvvəl 2 ədəd quru əncir yemək bağırsaqların daha yaxşı işləməsini dəstəkləyir. Tərkibindəki lif sayəsində qida tullantılarının yığılmasının qarşısını alırlar. Həm də uzun müddət toxluq hissi verir.

Qurudulmuş əncirin tərkibində təbii şəkər olduğu üçün qandakı insulin anbarlarını doldurur. Oruc zamanı gərginliyin və ya təzyiqin azalmasının qarşısını alır.

Tərkibində antioksidantlar olan qurudulmuş əncir immunitet sistemi üçün əvəzolunmazdır. İmmunitetin ehtiyac duyduğu müdafiəni təmin edir.

Kalsium və maqneziumla zəngin olan quru əncir əzələ və sümük sisteminə də fayda verir. Davamlı sümük və əzələ ağrıları yaşayanların mütəmadi olaraq istehlak etməsi tövsiyə olunur.

Hüceyrələrin yenilənməsini təmin edərək dəri quruluşunun deformasiyaya uğramasının qarşısını alır.

Mütəxəssislər ümumiyyətlə qurudulmuş ənciri şəkərsiz türk qəhvəsi və ya çayla birlikdə yeməyi məsləhət görürlər.

Daha çox xəbərlər