Yaponiyada ağır qəza: azı 10 nəfər yaralanıb
Yaponiyanın Siqa prefekturasında baş verən avtomobil qəzasında ən az 10 nəfər yaralanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə “Kyodo” agentliyi bildirib.
Məlumata əsasən, mikroavtobus Hikone şəhərin magistral yollarının birində yük maşını ilə toqquşub.
Polis hazırda hadisənin səbəblərini araşdırır.

