Region Xəbərləri 

Bərdədə Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirilib

Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmiş Heydər Əliyev adına park-bulvarda keçirilən xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev başda olmaqla rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və rayonun rəhbər işçiləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgilər ilə tanış olmuş, gənc idmançıların idman proqramlarına tamaşa etmiş, məktəblilərin ifasında bədii kompozisiyalar, həmçinin milli məişət və milli mətbəximizlə bağlı səhnələrlə tanış olmuşlar.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış edib.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev meydanda Bayram tonqalını yandırıb. Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə müşayiət olunub.

Daha çox xəbərlər