Məleykə Abbaszadədən imtahanlarla bağlı MÜHÜM AÇIQLAMA – VİDEO
“Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın demo versiyada istifadəyə verilir. İlkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır.
ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. Sədr imtahanda iştirak üçün Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət də edib.
Məleykə Abbaszadə gələcəkdə rus bölməsi üçün Azərbaycan dili imtahanlarının da rəqəmsallaşdırılacağını bildirib.
Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: