Sosial 

Yeni xəstəlik: İnsanlarda asılılıq yaradır – Əhalinin 80 faizi bundan əziyyət çəkir

Çoxları düşünür ki, alış-veriş etmək (shoping) əlavə vaxtı və çoxlu pulu olan insanların xəstəliyidir. Əslində, milyonlarla insan ehtiyacı olmasa belə, bir şey almaq üçün qarşısıalınmaz bir istəklə üzləşir.

Bu barədə Rusiyada aparılan araşadırmanın nəticələrinə əsasən “kp.ru” yazıb.

Əgər əvvəllər hər hansı əşyanı almaq üçün hazırlaşıb evdən çıxmaq lazım idisə, indi smartfon istənilən vəziyyətdə kömək edir. Pis hava və ya pis əhval-ruhiyyə sizi evdən mağazaya impulsiv çıxışdan asanlıqla xilas edə bilər. Bazar yerləri bizi tamamilə korlayıb. Dünya əhalisinin 80%-dən çoxu bazarda smartfon vasitəsilə əşyalar alır. Və ən azı ayda bir neçə dəfə. Xoş qiymətlər alış-verişi daha da aktivləşdirir.

Araşdırmanın aparıldığı Rusiyada məlum olub ki, keçən il ruslar onlayn mağazalarda təxminən 9 trilyon rubl (təxminən 180 milyrad manat) pul xərcləyiblər. Hansı ki, dövlət təhsilə, mənzil-kommunal təsərrüfatına və digər sosial sahələrə ildə eyni məbləği xərcləyir.

Psixoloqlar xəbərdarlıq edirlər ki, onlayn alış-veriş formatı əsl narkomaniyaya çevrilir. Bazarda böyük seçim və məhsul lentini vərəqləmək sizi sözün əsl mənasında satın almağa sövq edir.

Psixoloqların dediyi kimi, insanların çox vaxt bunlara ehtiyacı olmur, onlar sadəcə olaraq boşluğu doldurur və həyatlarındakı neqativlərdən yayınırlar. Bu refleksiv bir zövqdür.

“Əgər bir insan planlaşdırmadan bir məhsul alırsa, ümumiyyətlə bazara konkret bir məqsəd qoymadan gedirsə, yəni boş vaxtını doldurmaq, işdən yayınmaq və nə iləsə məşğul olmaq istəyirsə, bu, artıq asılılığın olduğunu göstərir”, – deyə psixoloq Alexandr Neveyev bildirib.

Qeyd olunur ki, bu və ya daha pis halların qarşısını almaq üçün bazarda sərf etdiyiniz vaxtı məhdudlaşdırın. Alış-veriş arasında fasilə verin, dərhal pul verməyin, özünüzə düşünmək üçün vaxt verin, heç olmasa bir-iki saat. Alış-verişə maliyyənizin yalnız müəyyən bir hissəsini ayırın ki, bazarda xərcləyə biləcəyiniz pula ciddi məhdudiyyət qoyulsun.

Sizə məsləhət görülür ki, barmağınızın smartfonunuzdakı qiymətli simvola özünüzdən asılı olmayaraq təkrar-təkrar uzandığını başa düşsəniz, psixoloqdan kömək istəməkdən çəkinməyin. (Publika.az)

Daha çox xəbərlər