Cəmiyyət 

Müsafir olduğu üçün namazı qəsrlə qılan şəxsin namazı bütöv qılan şəxsə iqtida etməsi düzgündürmü?

Müsafir olduğu üçün namazı qəsrlə qılan şəxsin namazı bütöv qılan şəxsə iqtida etməsi düzgündürmü? Bunun əksi də düzgündürmü?

Şəriətə görə, səfər şərtlərinə cavab verən hallarda (bunlar risalədə ətraflı izah edilib) insan gündəlik dörd rükətli namazları iki rükət şəklində qılmalıdır. Buna “qəsr”, yəni ixtisar deyilir. Belə ki, zöhr, əsr və işa namazları 2 rükət qılınır, sübh və məğrib namazları isə olduğu kimi qalır. Digər tərəfdən, namazları camaatla qılmaq tək qılmaqdan daha fəzilətlidir. Bu barədə həm hədislər, həm də müctəhidlərin fətvaları vardır. Lakin bu fəzilət səfər baxımından eyni vəziyyətdə olan şəxslərə aiddir. Müsafir olan bir şəxsin müsafir olmayan şəxsə iqtida etməsi müstəhəb deyil, hətta məkruh sayılır. Eləcə də, müsafir olmayan bir şəxsin müsafir şəxsə iqtida etməsi də məkruhdur. Ehtimalən səbəb budur ki, onların qıldıqları namazların rükət sayları arasında fərq vardır və camaat namazı zamanı bu fərq arxa cərgədə duranlar üçün çaşqınlıq yarada bilər.

Daha çox xəbərlər