Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla normallaşmanı müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Görüşdə Ermənistan – Azərbaycan münasibətlərinin normallaşma prosesi və Cənubi Qafqazda vəziyyət müzakirə edilib.
Bildirilib ki, tərəflər hər iki ölkə arasında sülh razılaşmasının imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıblar.//APA

