Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan üçün sülh nədir? – ŞƏRH

By Vüsal Rafiqoğlu
03.04.2025 4 Min Read

Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirmişdir. Əlbəttə ki, sözügedən mesaj daha çox xarici auditoriyaya ünvanlanıb. Prezidentin bu sözləri həm də regionumuzda maraqları olan dövlətlərə geosiyasətlərində düzəlişlər etmələrinə dair açıq çağırışdır. Bəli, tarixi Zəfərimiz yeni reallığın tərkib hissəsidir, bu reallığın səbəbkarı xarici ölkələr və ya beynəlxalq təşkilatlar deyil. Tam əksinə, onlar 30 il davam edən vəziyyəti, o cümlədən işğal faktını daha neçə illər “dondurub” saxlamaq niyyətində idilər. Əks halda, BMT-nin məlum qətnamələri bu müddət ərzində kağız üzərində qala bilməzdi. Əlbəttə, onu da unutmaq olmaz ki, regionda öz mövcudluğunu qoruma məsələsi Qərb geosiyasətinin strateji maraqlarına daxildir və bu fikir bizim üçün heç də yenilik deyil.

Bu fikirlər politoloq Asif Adilin “Azərbaycan üçün sülh nədir?” sərlövhəli məqaləsində yer alıb.

ARANTV.AZ  məqaləni təqdim edir.

Heç şübhəsiz ki, qeyd olunanlar müstəvisində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri kifayət qədər əlamətdar hadisədir. Səfər zamanı Almaniya Prezidenti öz bəyanatında səsləndirdiyi növbəti fikir isə bir çox qərəzli manipulyasiyalara son qoyur: “Dediyim kimi, biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər.” . Əlbəttə ki, bu cür etiraflar, eyni zamanda, Azərbaycan diplomatiyasının uğuru deməkdir. Ümumiyyətlə, sözügedən səfər və bu cür etiraflar Azərbaycanı Qərb və ya Qərbin sanksiyaları ilə qorxutmaq istəyən Emmanuel Makron kimi ucuz populizm ilə məşğul olan bəzi Avropa siyasətçiləri üçün mükəmməl cavabdır.

Bəli, sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır, bu yolverilməzdir. Mövcud kontekstdə hələ 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlər mütləq olaraq yada salınmalıdr: “Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi…” (Yeni Azərbaycan Partiyasının VII qurultayı, 05.03.2021). Dövlətimizin başçısının bu sözlərində mövzu ilə bağlı yarana biləcək bütün suallara cavab tapmaq mümkündür. Odur ki, radikal təfəkkürlü və sözün əsl mənasında adekvatlığını itirmiş bəzi siyasətciklərin sülh müqaviləsi ətrafında ucuz demaqogiya aparması sadəcə öz dövlətinə qarşı olan açıq nifrətdən qaynaqlana bilər.

Aydındır ki, “sülh müqaviləsi” forma etibarı ilə hüquqi prosedurdır. Müqavilənin məzmununu isə qarşıda dayanan siyasi hədəflər müəyyən edir. Məhz elə bu səbəbdən də ilk növbədə müqaviləni imzalayacaq tərəflər arasında “sülh” məfhumu ilə bağlı olan təsəvvürlərdəki fərq aradan qaldırılmalıdır. Daha aydın ifadə etsək, müqavilənin imzalanması üçün “Azərbaycan üçün sülh nə deməkdir?” və “rəsmi İrəvan üçün sülh nə deməkdir?” suallarına veriləcək cavabların uyğunlaşdırılması mütləq şərtdir. Bütün digər hüquqi və normativ təfərrüatlar isə “texniki” məsələlərdir.

Bildiyiniz kimi, aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, habelə jurnalistlərin suallarını cavablandırıblar. Sözügedən mətbuat konfransı zamanı dövlətimizin başçısı Azərbaycan və Ermənistan üçün “sülhün” məzmununda olan fərqi olduqca aydın şəkildə aşkar etdi. Həmin cümlələrə diqqət yetirək: “Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir” və “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir.”

Belə ki, ATƏT-in Minsk qrupu məhz o beynəlxalq “vasitəçilik” institutudur ki, 30 il ərzində münaqişənin həlli ilə yox, onun dondurulması ilə məşğul olub. Həmin “sülh” qrupunun “göyərçini” olan Fransa isə bu gün Ermənistanı sürətlə silahlandırır və öz davranışı ilə regionda yeni münaqişəni təhrik edir. Digər prinsipial məsələ odur ki, Azərbaycanın tarixi torpaqlarına öz konstitusiyasında açıq iddiaları olan bir dövlət ilə dayanıqlı sülhün mövcudluğu apriori olaraq mümkünsüzdür. Bu cür müddəaların konstitusiyada mövcudluğu dərin basdırılmış mina kimi dəyərləndirilməlidir.

Açıq ərazi iddiaları ilə bağlı olan müddəaların konstitusiyada mövcudluğu regionda istənilən an yeni hərbi münaqişənin başlanılması ehtimalı deməkdir. Bu bəsit həqiqətləri hər kəs bilməli və məsələ ilə bağlı ucuz manipulyasiyalara son qoyulmalıdır. Azərbaycan həm Qalib ölkə olaraq, həm tarixi ədalət baxımından artıq Ermənistana heç bir güzəştə gedə bilməz və sülh müqaviləsinin mətni heç bir halda siyasi auksion predmeti ola bilməz.

Odur ki, rəsmi İrəvan üçün “sülh” ilk növbədə “Böyük Ermənistan xülyası”nın reanimasiyası və davamı deməkdirsə, Azərbaycan üçün isə “sülh” bütün regionun dayanıqlı inkişafının zəmanətidir. Beləliklə, Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətinə iki “sülh” paradiqmasını təqdim edir: “Azərbaycanın bütün regionun dayanıqlı inkişaf paradiqması” və “Ermənistanın regionu yeni münaqişə ocağına çevirən və onu digər ölkələrdən asılı edən “sülh” paradiqması”. Odur ki, top indi nəinki Ermənistanın tərəfindədir, top indi, eyni zamanda, beynəlxalq ictimaiyyətin tərəfindədir. Sülh, inkişaf, sabitlik və əməkdaşlığın tərəfində dayanan beynəlxalq ictimaiyyət mütləq olaraq Azərbaycanın sülh paradiqmasını seçməlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ev “plana düşəndə” kompensasiya necə hesablanmalıdır? – AÇIQLAMA

Next

İranın İrəvandakı səfirindən Azərbaycan açıqlaması

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv