Region Xəbərləri 

Bərdədə fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Bərdə rayonunun Bəcirəvan kəndində fəaliyyət göstərən, fiziki şəxs Abdullayev Musa Abdulla oğluna məxsus “Əli Kənan” kafesində yoxlama aparıblar.

ARANTV.AZ xəbər verir ki, yoxlama zamanı baytarlıq arayışı olmayan ət məhsulları, mənşə sənədləri olmayan digər qida məhsulları aşkarlanıb.

Həmçinin soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, döşəmə və divar səthlərinin təmirsiz olduğu və asan təmizlənə bilən materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

 

Daha çox xəbərlər