Şamaxıda zəlzələ qeydə alınıb
Aprelin 12-də Pirqulu stansiyasından 24 kilometr cənubda – Şamaxı rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 15:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,4-ə bərabər olub.
Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ 3 bal gücündə hiss olunub.

