Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Zərifə Əliyeva fenomeni

By Vüsal Rafiqoğlu
27.04.2025 7 Min Read

– Dünya gender tarixində qadın şəxsiyyətlər var ki, onların həyat və fəaliyyətinə nəzər yetirəndə yaşadığı dövrün ictimai-siyasi hadisələrinin təsirinə də diqqət etmək gərəkdir. İstənilən millətin özünəməxsus tarixləşən Qadın şəxsləri vardır ki, onların xalq qarşısında xidmətləri də unudulmazdır. İstedad, bilik, qabiliyyətləri ilə seçilənlər həm də əməksevər, xeyirxah olurlar. Belə qadın şəxsiyyətlərdən biri də Azərbaycan siyasi dövlətçilik tarixində yeri olan üç böyük Dövlət Xadimini birləşdirən, ictimai xadim, akademik Zərifə Əliyevadır. Zərifə xanımın tale yazısında, həyat fəlsəfəsində üç Dövlət xadiminin adı var.

-Hər bir insanın ailəsinin onun taleyində vacib rolu vardır. Zərifə xanım Azərbaycanın Böyük oğlu, Dövlət və Elm xadimi, alim, professor Əziz Əliyevin həkimlik sənətini özünə Yol seçən övladıdır. Əziz Əliyev Azərbaycan səhiyyəsinin inkişafında xidmətləri olan, dövlət xadimi, rəhbər idi. Prezident İlham Əliyev vurğulayır ki: “Əziz Əliyev peşəkar həkim, həm təşkilatçı, həm də dövlət xadimi idi. Təvazökar, xeyirxah insan idi”. Şəxsi keyfiyyətləri övladlarına keçən, hər vaxt onlara humanizmi, xeyirxahlığı cəsarəti, mübarizliyi aşılamışdı. Əziz müəllim pedoqoq idi, qətiyyətli, iradəli, tolerant, təmkinli dövlət rəhbəri idi və hər kəs, eləcə də övladları üçün də örnək idi. Belə ailədə formalaşan  Zərifə xanım insanlara qayğısı ilə tanınan zərif Qadın idi. Kübarlıq, ziyalılıq, əməlsevərlik, xalqa, Vətənə sevgi ailədən aşılanan keyfiyyətlər idi.

-Akademik Zərifə Əliyeva müasir Azərbaycan dövlətçilik institutunun qurucusu,  dövlət xadimi – rəhbər – lider Heydər Əliyevin həyat sirdaşı, ömür dostu olmuşdur. Prezident İlham Əliyev vurğulayır ki: “Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür”.

Prezident İlham Əliyev tibb sahəsinə – həkimlik peşəsinə də dəyər verərək bildirir: “Peşəkar həkim, xeyirxah insan və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır”. Nəzərə yetirək ki,  Zərifə xanımın bu məsələlərə aid fikirləri, çoxlu məqalələri, həkimin etik davranışına aid dəyərli fikirləri vardır.

Prezident İlham Əliyev vurğulayır: “Zərifə xanım böyük lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə – Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.

Zərifə Əziz qızı böyük siyasətçinin dostluğunu, etibarını, məhəbbətini öz həssas ürəyi, musiqili duyğuları, incə qəlbi, yüksək kübar mədəniyyətli, əsilzadə nəcabətli xanımlıq xisləti ilə qazanmışdı.

Ulu Öndər Heydər Əliyev deyib: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin də çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə, ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Və Ulu Öndər zərif duyğularını kövrək səslə elə səmimi qeyd edir: “Mən həqiqətən onu çox sevirdim. Onun da mənə olan məhəbbətini hiss edirdim. Düşünürəm ki, bizim bir-birimizə olan məhəbbətimizin köklərinin nə qədər dərində olduğunu sübut etməyə ehtiyac yoxdur”.

Ulu Öndərin siyasi həyatının ən çətin, ağır və təhlükəli vaxtlarında Zərifə xanım onu heç zaman tək qoymadı, onun silahdaşı, dostu, dəstəyi oldu. Zərifə xanım ailəsində əvəzolunmaz dəyəri, yeri olan həyat yoldaşı idi. Ulu Öndər onun fəaliyyəti haqda deyir ki: “Zərifə xanım şöx böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi”. O, oftalmologiya məktəbində tək elmi-tədqiqatla yox, həm də gənc tibbi kadrların peşə ixtisaslarının yüksəlməsinə özəl diqqət yetirirdi və onun rəhbərliyi ilə çoxsaylı oftalmoloqlar həyata vəsiqə almışdı. Zərifə xanım çoxillik həkimlik yolunda mürəkkəb göz əməliyyatları aparmış, görməsi çox zəif olan, ya da tam görməyənlərin gözünə nur gətirən oftalmoloqdur.

Ulu Öndər Zərifə xanımı anaraq söyləyirdi: “Ailəmin yaşaması, bu günlərə çatması , övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.

Prezident İlham Əliyev Zərifə xanım – əziz anası haqda söyləyir: “Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi.”

Zərifə xanım böyük ana, qayğıkeş qadın idi. Alim və həkim kimi cəmiyyətdə aktiv rolu olan Zərifə xanım Analıq, həyat yoldaşı missiyasını heç zaman unutmamışdı. Təmkinli, səbrli, mədəni, kübar, diqqətçil, səmimilik kimi xüsusiyyətləri Heydər Əliyev – Zərifə Əliyevanın oğulları Prezident İlham Əliyev və qızları şərqşünas, tarixçi alim Sevil Əliyevanın həyat yolunun örnəyi oldu. Yüksək mədəni, ali keyfiyyətli, Vətənpərvər, humanist ailədə İlham Əliyev kimi vətənsevər oğulun formalaşması, savad, təlim alması, tərbiyəvi mədəni-mənəvi dəyərləri əxz etməsi ailəsindən aşılanan həyat Yolu idi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir.

Zərifə xanım alim, ziyalı, görkəmli Qadın şəxsiyyət, Azərbaycan tibb elminin oftalmologiya sahəsinin inkişafında xidmətləri olan akademik qadındır. Onun həkimlik fəaliyyəti, ömür yolu, mədəni dünyası oftalmologiya elminə təsir edirdi. Azərbaycan oftalmologiyasını dünyada tabıdan Zərifə Əliyeva tibbin bu sahəsində məktəb yaradan yenilikçi, həkim Alimdir. Zərifə Əliyeva qeyd edirdi ki: “O şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir”.

Akademik A.Nesterovun fikirləri ilə baxsaq: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Zərifə Əliyeva Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin , “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü, ictimai xadim idi. Zərifə xanım  ədəbiyyatı, musiqini də sevən, özü pianoda çalan, ədəbiyyata önəm verən alim, ziyalı idi.

Peşəsi həkim olan Mehriban xanım Əliyeva qeyd edir: “İxtisas seçimimə İlhamın anası – həkim oftalmoloq Zərifə xanım təsir göstərmişdir. Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa  (1983-1985) oldu, həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır”.

-Zərifə xanım novator qadın, alim, akademik, saf insan olaraq yaşadığı ömrü, örnək həyat Yolu hər azərbaycanlı qadın, hər bir alim, eləcə də həkimlər üçün bir dərs öyrənc məktəbdir.

İnsanlara, Vətənə, insanlığa tükənməz məhəbbəti, incə ürəyə malik olan, gözlərə nur verən azərbaycanlı qadın təəssübünü üstün bilən, savadı, istedadı ilə elmin ən yüksək statusuna yetən akademik Zərifə Əliyeva müasir gənclərə, eləcə də gələcək nəsillərə örnək bir şəxsiyyət, Azərbaycan vətəndaşıdır.

Onun doğum günündə Ulu Öndər söyləyirdi: “Bu gün xoşbəxt gündür. Cünki, bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”. Eləcə də qürurla Prezident İlham Əliyev “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” deyə vurğulayır.

Prezident İlham Əliyevin 1995-ci il oktyabrda KİV-ə müsahibəsində “Siz Zərifə xanımı necə xatırlayırsız?” sualına “Ən əziz insan kimi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi.Yəni indi mən o vaxtlardakı kimi gülə bilmirəm, baxmayaraq ki, onun həyatdan getməsindən on ildən çox vaxt ötür. Mənim həyatımda xoşbəxt hadisə hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O vəfat edəndə mənim böyük qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu, onların tərbiyəsində böyük itkidir…”

Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyində çıxışında söyləmişdir ki: “Zərifə xanım, sözün əsl mənasında, həkim, böyük alim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir”.

Prezident İlham Əliyev Zərifə xanımın cəmiyyətdə roluna da toxunaraq söyləyir: “Heç vaxt heç bir sözü, addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə hansısa xüsusi statusu vardır və bu da təbiidir, əslində belə də olmalıdır. Ancaq biz bilirik ki, bir çox hallarda belə deyil və müəyyən statusa malik olan insanlar, yaxud da ki, onların yaxınları özləri üçün xüsusi imtiyazlar tələb edirlər. Zərifə xanımın bu sahədəki hərəkətləri, davranışı da nümunə olmalıdır. Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda, hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni, daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı”.

Prezident İlham Əliyev Anaya böyük önəm verən dəyərləndirən rəhbərdir və söyləyir: “Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər bir insan doğmalarını öz qəlbində yaşadır. Əlbəttə ki, onun xatirəsi, onun obrazı onu tanıyanların qəlbində yaşayır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz onu tez itirdik. Vaxtından əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi. Ancaq həyat belədir ki, heç kim deyə bilməz nə vaxt nə baş verəcəkdir. Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımdan əxz etdiyi ənənələrini yaşadır, milli-mənəvi dəyərlərin hamısı olmaqla ölkədə təhsilin, tibb sahəsi, mədəniyyət, mənəviyyat və s. sahələrin tərəqqisinə müstəsna diqqət göstərir.

Rəna Mirzəzadə,
Professor, AMEA, Fəlsəfə və Sosiologiya İnstitutu “Siyasətin fəlsəfəsi və sosiologiyası”şöbəsinin müdiri 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan və Çin arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq

Next

Ulu Öndərimizin ana dili sevgisi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv