Cəmiyyət 

Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü

Paytaxda dünəndən başlayan güclü külək altı ağaca ziyan vurub.

ARANTV.AZ xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, külək nəticəsində iki ağac maşınların üstünə düşüb:

“İki ağac kökündən çıxıb. Dörd ağacın isə budağı sınıb. Ümumilikdə, külək altı ağaca ziyan vurub”.

Orxan Məmmədov hadisələrin paytaxtın Yasamal, Nəsimi və Nizami rayonlarında baş verdiyini qeyd edib.

Daha çox xəbərlər