Hadisə 

Azərbaycanda yol qəzaları – 3 ölü, 12 yaralı

Ötən gün Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər həyatını itirib.

ARANTV.AZ  publika.az-a istinadən xəbər verir ki, sentyabrın 19-da ölkə yollarında ölümlə və ya xəsarətlə nəticələnən ümumilikdə 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb. nəticədə vəfat edən şəxslərdən başqa daha 12 nəfər xəstəxanalara yerləşdirilib.

Dünən günorta saatlarında Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində iki minik avtomobilinin toqquşaraq yanması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsində isə iki minik avtomobilinin toqquşması nəticəsində 80 yaşlı kişi ölüb, daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hər bir faktla əlaqədar araşdırma aparılır.

Daha çox xəbərlər