“Erməni tərəfinin demarkasiyanın Alma-Ata sazişinə əsasən aparılmasında maraqlı olması problemin həllində qeyri- müəyyənlik yaradır”
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesləri davam edir, hazırda tərəflər arasında fikir ayrılıqları yoxdur.
“Proses davam edir, indi onun hansı sahələrdə davam edəcəyi müzakirə olunur. Lakin birmənalı olaraq o, Gürcüstanla sərhəddən İrana qədər tamamlanacaq. Bu, Alma-Ata Bəyannaməsi əsasında baş verəcək”, – A.Simonyan bildirib.
Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, erməni tərəfi demarkasiyanın 1991-ci ilin Alma-Ata sazişinə əsasən aparılmasında maraqlıdır. Burada isə söhbət ümumi sərhədlərdən gedir. Bu, bəlli problemin həlli ətrafında qeyri- müəyyənlik də yaradır. Sərhədlərimiz bəlli təzyiqlər nəticəsində Sovet dönəmində ciddi dəyişikliklərə məruz qalıblar:
“Ermənistanla demarkasiya və delimitasiya Azərbaycanın irəli sürdüyü şərtlərə əsasən həyata keçirilir və keçən il Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndinin qaytarılması Azərbaycan tərəfinin qələbəsi kimi qəbul oluna bilər. Doğrudan da bir güllə atmadan belə Azərbaycana məxsus kəndlərin geri qaytrılması prezident İlham Əliyevin keçən il Şuşada yerli sakinlərlə görüşü zamanı qeyd etdiyi kimi Azərbaycan dövlətinin böyuk uğurudur.
Erməni tərəfi demarkasiyanın 1991-ci ilin Alma-Ata sazişinə əsasən aparılmasında maraqlıdır. Burada isə söhbət ümumi sərhədlərdən gedir. Bu, bəlli problemin həlli ətrafında qeyri- müəyyənlik də yaradır. Sərhədlərimiz bəlli təzyiqlər nəticəsində Sovet dönəmində ciddi dəyişikliklərə məruz qalıblar.Digər tərəfdən prosesi ləngidən Ermənistandakı barışmaz müxalifətin,habelə erməni katolik kilsəsinin Paşinyan iqtidarına təzyiqləridir. Onların ucbatından proseslər ləngiyir.Bu qüvvələr Paşinyanı təslimçi mövqe sərgiləməkdə ittiham edir. Demarkasiya sənədlərinin ratifikasiyası təqdirində onu istefaya göndərəcəkləri ilə hədələyirlər.Regionda geopolitik durumun qlobalistlərin xeyrinə olaraq dəyişməsində,Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlı olan beynəlxalq güclərin Paşinyana olan təsirləri tərəflər arasında demarkasiya ilə bağlı məsələlər ətrafında onların razılığa gəlməsini əngəlləyir”.