Cəmiyyət 

Ötən ay ailə başçısını itirməyə görə pensiya və müavinət ödənilənlərin sayı açıqlanıb

Bu ilin aprel ayında ailə başçısını itirməyə görə 194 min 300-dən çox şəxsə pensiya və müavinət ödənilib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 136 min 900 nəfərdən çoxu pensiya, 57 min 400 nəfərdən çoxu isə müavinət alıb.

Daha çox xəbərlər