Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tramp nefti niyə ucuzlaşdırır – Azərbaycana təsiri

By Vüsal Rafiqoğlu
13.05.2025 3 Min Read

Dünya bazarında 75-80 dollarlıq qiymətlər yaxın 4 ildə bir daha olmayacaq – yeni proqnoz açıqlandı

ABŞ-la Çin arasında qarşılıqlı idxala tariflərin tətbiqinə dair əldə edilən razılaşma dünya neft bazarında optimizmə səbəb olub. Brent etalon markalı neftinin qiyməti 3 dollara yaxın artaraq 66 dolları keçib. ABŞ-ın WTI nefti isə 2,5 dollara qədər bahalaşaraq 63 dolları keçib.

Ekspertlərə görə, ABŞ-Çin razılaşmasının neft bazarına təsiri bununla məhdudlaşacaq, üstəlik, yaxınmüddətli dövrdə qiymətlərdə aşağıya doğru korrektələr olacaq. Bu, onunla əsaslandırılır ki, ABŞ-Çin ticarət müharibəsi neft bazarına qiymətsalıcı təsir göstərən faktorlardan biridir. Digər faktorlar, o cümlədən ABŞ-ın bütün ölkələrdən idxala tətbiq etdiyi 10 faizlik rüsumlar, OPEK+ ölkələrinin hasilatı daha sürətlə artırmaq siyasəti, ən başlıcası isə Donald Trampın yüksək neft qiymətlərinə imkan verməmək qərarı təsir gücünü saxlayır. Sonuncu amil xüsusilə neft bazarı üçün ən əsas faktor hesab olunur.

Məlumdur ki, Tramp hələ ötən prezidentlik dövründə, daha sonra 2024-cü ildə seçkiqabağı kampaniyası zamanı neft qiymətlərinin həddən artıq yüksək olmasını ciddi tənqid edib. Onun əsas vədlərindən biri məhz neft qiymətlərini kəskin azaltmaq olub və buna hakimiyyətdə olduğu ilk 100 gündə nail ola bilib: yanvarda 76-82 dollar olar qiymətlər mayın əvvəlində 59 dollara qədər düşüb. “Bloomberg”in məlumatına əsasən, yanvar-aprel aylarında WTI nefti dəyərinin 27 faizini itirib.

Bu, seçkiqabağı dövrdə Trampa ciddi maliyyə dəstəyi vermiş enerji sektorunda böyük narazılıqla qarşılanır. Məsələ burasındadır ki, Co Bayden administrasiyasının qadağalarına baxmayaraq, ABŞ enerji şirkətləri neft hasilatına irihəcmli investisiyalar yatırıb. Qiymətlərin düşməsi fonunda onlar bu investisiyaları geri qaytarmamaq riski ilə üzləşiblər. Bu isə investorların götürdükləri kreditləri ödəmək problemi ilə üz-üzə qoyur.

Analitiklərə görə, hazırda D.Tramp administrasiyası enerji şirkətlərinin güclü lobbi qruplarının təzyiqi altındadır. Məhz bu təzyiqə görə Trampın neft qiymətlərinin 50 dollara salmaq planından vaz keçərək, 55-60 dollar həndəvərində dayanmasına səbəb olub.

Oil traders make big bets on Trump policies. The path for prices isn't so  clear. - MarketWatch

Neft ucuzlaşması Tramp üçün niyə bu qədər əhəmiyyətlidir? Sualın cavabı ABŞ iqtisadiyyatında neftin-benzinin rolunu bilənlər üçün aydındır. Məsələ burasındadır ki, ABŞ benzin-dizel sadə vətəndaşın avtomobilindən əlavə, həm də kənd təsərrüfatında çalışan texnikaların, ölkə daxilində yükdaşımaları həyata keçirən milyonlarla yük maşınının yanacağıdır. Buna görə də benzin-dizelin qiymətindəki dəyişiklik sıravi ABŞ ailəsinin büdcəsində həm öz minik avtomobilinin xərcləri, həm istehlak olunan kənd təsərrüfatı məhsullarının dəyəri, həm də yük avtomobilləri ilə daşınan bütün növ malların dəyəri ilə təsir edir. Faktiki olaraq, neft-benzin-dizel qiyməti ABŞ-da inflyasiyanın əsas hərəkətverici qüvvəsidir. Məhz onların qiymətinin azalması Trampın bütün dünya ilə başlatdığı tarif müharibəsinin inflyasiyaya təsirini minimuma endirməyə imkan verib. Buna görə də hazırda enerji lobbisinin kəskin təzyiqlərinə baxmayaraq, Tramp neft qiymətlərinin artmasına imkan verməməkdə israr edir. Trampın neft qiymətlərini salmaqda daha bir məqsədi Rusiyanı Ukrayna məsələsində güzəştlərə vadar etməkdir. Özü də bir neçə dəfə neft qiymətlərinin Rusiyanı müharibən dayandırmağa razı salacaq əsas amillərdən biri kimi qeyd edib. Onun seçkiqabağı çıxışlarında da Bayden hakimiyyəti Rusiya neftinə qarşı real məhdudiyyət tətbiq etməməkdə ittiham olunurdu. Buna görə də hazırkı neft qiymətlərinin həm də Rusiyaya qarşı yönəlmiş siyasətin nəticəsi olduğu hiss olunur.

Neft hasil edən, gəlirinin çox mühüm hissəsi bu məhsulun ixracından formalaşan OPEK+ ölkələrinin bazarda qiymət enişi yaşanan bir vaxtda hasilatı daha sürətlə artırmaq qərarını bir çox ekspertlər Səudiyyə Ərəbistanının Trampla razılaşmasının nəticəsi kimi qiymətləndirirlər. Əlbəttə, bu məsələdə ABŞ-ın təzyiqləri də ciddi rola malikdir: xüsusilə Ərəb dövlətlərinin Vaşinqtonla düşmənçilik yolunu tutmaq kimi bir lüksü yoxdur. Lakin məsələ yalnız bu deyil. Məsələ burasındadır ki, əvvəla, OPEK+ daxilində hasilatın azaldılması ilə bazar payının itirilməsindən dolayı narazılıq getdikcə güclənir. Kvotadan artıq hasilata yol verən İraq, Qazaxıstan, BƏƏ kimi ölkələrin kompensasiya planlarına əməl etməməsi göstərir ki, artıq razılaşma daxilində yekdilliyi təmin etmək mümkünsüz hala gəlib. Bu ölkələr Qayana, Braziliya, ABŞ, Kanada kimi qeyri-OPEK+ ölkələrinin hasilatı artırması fonunda öz mümkün qazanclarını itirmək istəmirlər. Bu narazılığı yatıra bilməyən Səudiyyə Ərəbistanı və Rusiya məcburən hasilatın artırılması addımına gedirlər. Əks halda, 2016-cı ildən işlək mexanizm olan OPEK+ razılaşması tamamilə dağıla bilər ki, bu da neft bazarına qiymətləri 30-40 dollara qədər geri çəkəcək dağıdıcı təsir göstərə bilər. Bu şəraitdə Moksva və Ər-Riyad pislərin arasından daha az pisi seçməyə qərar veriblər. Eyni zamanda bu addımın qiymətləri salmaqla kvotaya əməl etməyən ölkələri artıq hasilatı kompensasiya etməyə vadar etmək üçün atıldığı bildirilir.

Dünya neft bazarında hazırkı qiymətlərin nə qədər davam edəcəyi hazırda ciddi müzakirə mövzularından biridir. Əksər analitik mərkəzlər 75-80 dollarlıq həddin Tramp hakimiyyəti dövründə bir daha təkrarlanmayacağı qənaətindədirlər. Gözləntilər daha çox 60-65 dollarlıq hədlə bağlıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

Next

Ağ Evin Gürcüstandan niyə “üzü döndü”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv