Cəmiyyət 

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə daxil olan 6 min 169 zəng cavablandırılıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin aprel ayı ərzində 6 min 169 zəng cavablandırılıb.

Bu barədə AZƏRTAC-a DMX-nin mətbuat xidmətindən bildirilib.

Qəbul edilən zənglərin 1867-si müvəqqəti yaşama icazəsi, 116-sı müvəqqəti olma müddətinin uzadılması, 415-i vətəndaşlıq məsələləri, 643-ü olduğu yer üzrə qeydiyyat, 375-i daimi yaşama icazəsi, 944-ü iş icazəsi, 255-i inzibati xəta, 1554-ü isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi Azərbaycan, rus və ingilis dillərində həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Daha çox xəbərlər