Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakı ilə İrəvan eyni “qayıqda” – Nonsens, yoxsa…

By Vüsal Rafiqoğlu
17.05.2025 4 Min Read

İki ölkənin “İbrahim anlaşması”nda olması mümkündürmü –  analitiklərin fərqli proqnozu

Xəbər verildiyi kimi, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bu günlərdə “İbrahim saziş”inin genişləndirilməsi istiqamətində fəal danışıqlar aparıldığını və Azərbaycanla Ermənistanın da ona qoşula biləcəyini söyləyib. Onun sözlərinə görə, bu, “regionda sülh və sabitliyi təşviq edən nəhəng təşəbbüsdür”.

Ermənistan Xarici İşlər Nazirliyi Vitkoffun İrəvanın “İbrahim sazişi”inə qoşulmasının mümkünlüyü barədə bəyanatını şərh edib. “Amerika tərəfi ilə dialoq çərçivəsində müxtəlif mövzular müzakirə olunur. Həm qurulmuş strateji tərəfdaşlıq, həm də regionda sülhün bərqərar olmasına töhfə verən təşəbbüslər, əlbəttə ki, yeni imkanlar yarada bilər”, – deyə XİN sözçüsü Ani bildirib və qoşulmanı dolayısıyla mümkün sayıb.

Vitkoffa görə, sazişə qoşula biləcək digər ölkələr Səudiyyə Ərəbistanı, Suriya, Livan və Liviyadır.

“İbrahim Sazişləri” 2020-21-ci illərdə bağlanıb. Razılaşmalar çərçivəsində BƏƏ, Mərakeş, Bəhreyn və Sudan İsraillə münasibətləri normallaşdırıb. 2025-ci ilin fevralında isə İsrail mediası Azərbaycanın “İbrahim razılaşmaları”na daxil edilməsinin mümkünlüyü barədə məlumat yayıb.

Azərbaycanın Ermənistanla birgə “İbrahim anlaşması”nda olması mümkündürmü? Bunun xeyiri və ziyanı nələr ola bilər?

Yusif Bağırzadə Polşaya etiraz etdi

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, “İbrahim sazişi” layihəsinin ilkin məqsədi 1947-ci ildən indiyədək Yaxın Şərqdə mövcud olan yəhudi-ərəb düşmənliyinə son vermək və bu iki millət arasında sülhü təmin etməkdir: “Azərbaycanın ”İbrahim sazişi”nə qoşulması ilk baxışdan mənasız bir şey kimi görünə bilər. Çünki bizim İsraillə istənilən sahədə onsuz da kifayət qədər yaxşı münasibətlərimiz var. Amma sazişin ilkin hədəfinin, yəni yəhudi və ərəblər arasında düşməçiliyə son vermək hədəfinin artıq arxada qaldığını nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması ölkəyə iqtisadi və texnoloji inkişaf baxımından yeni imkanlar aça bilər. Xüsusilə də ölkəmizin Şərqlə Qərb, İsrail ilə müsəlman dünyası arasında körpü rolunu oynaya bilmə potensialı, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi xarici siyasətdə manevr imkanlarının genişləndirilməsində yeni imkanlar əldə etməyə imkan verə bilər”.

Y.Bağırzadə bildirdi ki, nəticədə biz İsraillə yanaşı “İbrahim Sazişi”nə qoşulmuş digər dövlətlərlə, BƏƏ, Bəhreyn, Mərakeş və Sudan kimi ərəb ölkələri ilə və eləcə də bundan sonra sazişə qoşulacaq digər dövlətlərlə diplomatik və iqtisadi əlaqələri genişləndirmək üçün əlavə imkanlar əldə edə bilərik: “Təbii ki, bu sazişə qoşulmağımız heç bir halda müstəqil qərarlar qəbul etmə və müstəqil xarici siyasət kursu həyata keçirmək imkanlarımızı məhdudlaşdırmamalıdır. Eləcə də bu sazişdə iştirakla bağlı qərarın Türkiyə ilə koordinasiyalı şəkildə verilməsinə, eləcə də bunun anti-İran alyansı kimi təqdim edilməməsinə də diqqət yetirmək lazımdır. Konkret Ermənistana gəldikdə isə bizim eyni sazişdə iştirak etməyimizdə elə bir problem yoxdur. Belə ki, bu saziş reginda münasibətlərin dinamikasının dəyişməsinə təsir edə və bununla da iki ölkə arasındakı sülh prosesini sürətləndirə bilər”.

Politoloq qeyd etdi ki, amma bir sıra məqamlara mütləq şəkildə diqqət yetirmək lazımdır. “İbrahim Sazişi” bir sülh və iqtisadi əməkdaşlıq sazişidirsə o zaman həm təşəbbüskarların, həm də rəsmi İrəvanın buna uyğun davranması və müvafiq addımlar atması lazımdır: “Yəni başqa sözlə həm ABŞ, həm də Ermənistandan fərqli olaraq Bakı ilə uzun müddətdir ki, kifayət qədər yaxşı münasibətlərə malik olan Tel-Əviv rəsmi İrəvana sülhün əldə olunması üçün qarşıda duran maneələrin aradan qaldırılması ilə bağlı təzyiq göstərməlidirlər. Bunlar baş verəcəksə o zaman bizim Ermənistanla eyni sazişdə olmağımızın hər hansı ziyanı da olmayacaq”.

qaynarinfo.az

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Azərbaycanın, o cümlədən, Mərkəzi Asiyada türk dövlətlərinin – Qazaxıstan və Özbəkistanın “İbrahim anlaşmalarına” qoşulması məsələsi Trampın birinci prezidentliyi dövründə də gündəmdə idi: “Hərçənd, Bayden administrasiyasının fərqli siyasəti fonunda İsrail hökumətinin Fələstin məsələsindəki radikal mövqeyi bu prosesi tormozladı. İndi Tramp ”qaldığı yerdən” davam etmək niyyətindədir: “Böyük tabloda ”İbrahim anlaşmaları”na ABŞ-ın Çinin Yaxın və Orta Şərqdə artan təsirinin önünü kəsmək planı kimi də baxmaq olar. Bu coğrafiyanı “Bir kəmər, bir yol” (BRİ) layihəsinə daxil edən Çinin iqtisadi və siyasi müstəvidə etdiyi kifayət qədər ciddi həmlələr Vaşinqtonda narahatlıq yaratmaya bilmir. Tramp yenidən “İbrahim anlaşmaları”na qayıdır və həmləsini genişləndirir:

– Ukrayna müharibəsini bitirməklə Rusiya-Çin yaxınlaşmasını bloklamaq istəyir;

– Suriya və Livanı sazişə qoşmaqla Aralıq dənizinə çıxışın təhlükəsizliyini təmin etməyə çalışır: bu, aktuallaşdırılması gözlənilən İMEC-in perspektivindəki sualları da aradan qaldıra bilər;

– “İbrahim anlaşmaları”nın coğrafiyasını genişləndirməklə Yaxın-Orta Şərqlə Orta dəhlizi eyni çətirin – eyni sazişin altına toplamağı planlaşdırır: Azərbaycan, Özbəkistan və Qazaxıstan bu kontekstdə açar ölkələrdir;

Burada əsas məqamlardan biri İsrail və müsəlman ölkələri arasında normallaşmanı nəzərdə tutan “İbrahim anlaşmaları” sazişinə Ermənistanı da qoşmaq cəhdləridir. Bu, Orta dəhlizin Cənubi Qafqaz habında təşəbbüsü tamamilə ələ almaqla yanaşı, marşrutun “zəif bəndi” olan Ermənistan üzərindən Avropa İttifaqı, Rusiya və İranın müdaxilə qapısını da bağlamaq məqsədi daşıyır”.

Ekspertin fikrincə, “İbrahim anlaşmaları”na qoşulmaq digər ölkələr kimi, Azərbaycan üçün də müsbət perspektivlər vəd edir: “Daha geniş və güclü təhlükəsizlik çətiri əldə etmək mümkündür. Körfəz bazarına çıxış, eləcə də daha çox investisiya cəlb etmək imkanları genişlənə, turizmdən tutmuş texnoloji yeniliklərin əldə edilməsinə qədər geniş sferada dividentlər qazandıra bilər. Avrasiyanın nəqliyyat şəbəkəsində körpü rolunu daha da gücləndirə bilər. ”907-ci düzəlişin” ləğv edilməsinə nail oluna bilər: yəhudi icmasının bununla bağlı çağırışı da düzəlişin tamamilə ləğv edilməsi imkanlarını aktuallaşdırır. Lakin Azərbaycan üçün bu prosesdə iki vacib amil önəmlidir. Birincisi, ABŞ-ın Azərbaycan-Ermənistan sülh sazişinə, xüsusilə Cənubi Qafqazda kommunikasiyaların hansı prinsiplə açılmasına münasibətidir. “İbrahim anlaşmaları” planının hədəfləri fonunda Azərbaycanın strateji əhəmiyyəti, İsrail və ABŞ-dakı yəhudi icmasının dəstəyi, eləcə də Trampın Cənubi Qafqazda Baydendən fərqli yanaşma sərgiləməsi Vaşinqtonun Bakının gündəliyindən çıxış edəcəyi gözləntilərini önə çıxarır. Hərçənd, Tramp Administrasiyasının Azərbaycan-Ermənistan sülh sazişinə və Zəngəzur dəhlizinə necə yanaşdığı sualı hələ də aydınlaşmayıb. İkincisi, Azərbaycanın əsas müttəfiqi olan Türkiyənin bu məsələyə yanaşmasıdır. “İbrahim anlaşmaları”nın İsrail vektorlu güc ittifaqının qurulması Türkiyənin regional güc perspektivlərinə risklər yaradır, xüsusilə traektoriyanın Yaxın Şərqdən Mərkəzi Asiyaya – türk dünyasına qədər genişləndirilməsi planları fonunda. Bu baxımdan, Bakı üçün bu sazişlə bağlı qərarına Vaşinqtonun Cənubi Qafqazda sülh gündəliyinə yanaşması ilə yanaşı, Ankaranın mövqeyi də təsir edəcək”.

A.Nərimanlı hesab edir ki, qeyd olunanlar və bir sıra digər məqamlar “İbrahim anlaşmaları” layihəsinin dividentlərlə yanaşı, risklər də vəd etdiyini göstərir, çünki baş verənlər hansısa lokal regionda sülhün əldə edilməsi yox, geosiyasi mübarizənin tərkib hissəsidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mübahisəli cərimələr zamanı- Nə etməli?

Next

Rusiyada DÖVLƏT ÇEVRİLİŞİ ola bilər – qüvvələr HAZIRDIR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv