Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ölkədə artan qurbağa əti satışı – həkim və ilahiyyatçıdan xəbərdarlıq

By Vüsal Rafiqoğlu
27.05.2025 4 Min Read

Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb. Bu suda-quruda yaşayan canlının ətinin satışı ilə məşğul olan İlqar Nuriyev bildirib ki, qurbağa əti Azərbaycana xarici Asiya ölkələrindən dondurulmuş şəkildə idxal olunur.

Artıq restoranlarda da qurbağa əti menyunun adi hissəsinə çevrilib. İaşə obyektlərindən birinin meneceri Qurban Quliyev isə deyib ki, bu ət məhz toyuq ətinə bənzər təamdır: “Bu məhsula son dönəmlərdə tələbat çoxdur. Adi toyuq əti kimi yağda qızardılır”.

Bəzi paytaxt sakinləri isə bu qidadan iyrəndiyini deyərək ölkə üçün uyğun olmadığını vurğulayırlar. Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova qeyd edib ki, əgər bu məhsul düzgün şəraitdə saxlanılmasa, ziyandır: “Saxlanılma temperaturuna diqqət yetirilməlidir. Bununla yanaşı, məhsulun donu açılıb sonra yenə dondurularsa, onun tərkibindəki mikroorqanizmlər çoxalır, bu da zəhərlənməyə səbəb ola bilər”.

Həkim-terapevt Zakir Quliyev isə daha ciddi məqama diqqət çəkir: “Qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər”.

Qeyd etmək yerinə düşər ki, qeyri-adi və ekzotik yeməklərə maraq göstərən insanlar üçün qurbağa əti xüsusi maraq doğurur. Dünyanın bir çox ölkəsində, xüsusilə Fransa, Çin və Vyetnam kimi mətbəxləri ilə məşhur olan yerlərdə bu növ ət normal kulinariya təcrübəsinin bir hissəsidir. Yeri gəlmişkən, Bakıda restoranların menyularında qurbağa ətinin təklif edilməsinə az rast gəlmək olar. Yalnız “BIC Asian Fusion” restoranı qurbağa əti təqdim edən azsaylı məkanlardandır. Bununla belə, qurbağa əti ölkəmizdə geniş yayılmış bir qida növü olmasa da, bəzi restoranlar onu əsasən idxal yolu ilə, xüsusilə Fransadan gətirilən məhsul kimi təqdim edir. 2018-ci ildə yayımlanan məlumatlara əsasən, bəzi paytaxt restoranlarında müştərilərə qurbağa əti təklif olunurdu, lakin bu məhsulların yoxlanışına dair Qida Təhlükəsizliyi Agentliyi rəsmi nəzarətin aparılmadığını bildirmişdi. Azərbaycanda qurbağa əti ilə bağlı diqqət çəkən digər bir məqam isə Salyan rayonunun Şorsulu kəndində yerləşən və 2016-cı ildə fəaliyyətə başlayan “Azərifrog” MMC adlı təsərrüfatdır. Bu müəssisə əsasən Fransa kimi ölkələrə ixrac məqsədilə qurbağa yetişdirir. Beləliklə, Azərbaycanın özündə bu ətin istehsalı mövcuddur, lakin yerli bazarda hələlik geniş yayılmayıb.

 Seyfəddin Əsəd

Xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsəd mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, qurbağa ən təmiz canlılardan sayılır: “İki təmiz canlı var: biri zəlidir, biri də qurbağadır. Qurbağa beş dəfə özünü suya salıb çıxarır və təmizlənir. Yəni bu qədər təmizdir. Qurbağa ətini istəyənlər rahatlıqla yeyə bilər, çünki qadağası yoxdur. Tibbi baxımdan da heç bir əks-göstəriş yoxdur. O ki qaldı toyuq əti ilə müqayisəyə – qurbağa ətini bir dəfə dadan adam həmişə onu yemək istəyir. Çox zaman toyuq ətindən üstün tutulur. Xüsusi təyinatlılarda hazırlıq keçən şəxslərə qurbağa əti verilir. Amma yeyilməsi üçün xüsusi yetişdirilən qurbağalar istifadə olunmalıdır. Eyni zamanda digər ət məhsulları necə saxlanılırsa, qurbağa da o qaydada soyuducuda xüsusi şəraitdə saxlanmalıdır. Ən əsası isə budur ki, qurbağa hər cür qidanı qəbul etmir – dünyada qidalanması ən çətin olan canlılardan biridir. Qurbağa min bir dərdin dərmanıdır – bronxial astma, zob xəstəlikləri, süd vəzisinin mastopatiyası, yuxusuzluq kimi problemlərin müalicəsində qurbağadan istifadə olunur”.

Farid Abdullah - YouTube

 Fərid Abdulla

İlahiyyatçı Fərid Abdulla da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Xeyli müddətdir sosial şəbəkələrdə müxtəlif ekzotik heyvanlardan, həşəratlardan, bitkilərdən, meyvələrdən qida kimi istifadə edilməsi çox geniş yayılıb. Bu videoları izləyən bir qisim insan buna maraq duyur. Görəsən, dadı necədir, qoy mən də dadına baxım və bu qəbil nələrsə. Bu marağın artdığını görən tacirlər bunu biznesə çevirməyə çalışırlar. Əslində bu məsələ kökdən batil bir şey deyil. Məsələdə iki faktor var. Bir var, həyatını müsəlman kimliklə, inancla və qaydaları ilə yaşayanlar. Bir də var, bu cür şeylərə önəm verməyənlər. Birincilər üçün nə yeyib içdikləri, bunun şəriətə müvafiq olub-olmamaları çox önəmlidir. İkincilər üçün önəmli deyil. İndi isə mövzu qurbağa ətidir. Onun dövriyyəyə buraxılmasıdır. Mən elə də inanmıram ki, buna böyük maraq olsun. Üstəlik, kimsə qurbağa ətindən mütəmadi qoyun, mal, balıq əti kimi istifadə edən deyil. Mövzumuz heç bu da deyil. Məsələ budur ki, qurbağa ətini müsəlman yeyə bilər, yoxsa yox?”

İlahiyyatçı əlavə edib ki, bu, əqidəvi məsələ deyil: “Fiqhi məsələdir. Yəni İslam dinin hüquq və qaydalar bölməsində bundan danışılır. Bu məsələlər təfərrüat olduğu üçün hədis mənbələrində buna yer verilib. Qurbağa ətinin yeyilməsi haram hesab edilir. Özü murdar, nəcis hesab olunmasa da, hətta öldürülməsi belə, məkruh (bəyənilməyən) bir əməl olaraq qeyd edilsə də, qida kimi istifadə edilə bilməz. Quranda, Əbəsə surəsinin 24-cü ayəsində qeyd edilir ki, qoy insan nə yediyinə nəzər salsın. Buna görə də qida məsələsi İslam mədəniyyətində önəmli yer tutur. Hər rəngarənglik, fərqli dad, ekzotika arxasınca qaçmamışdan öncə insan nə yediyinə fikir verməlidir. Çünki yemək təkcə aclığı doyurmur, bunun digər təsirləri də vardır”.

Azərbaycanda estetik əməliyyatlar sürətlə artır”-Vaqif Qarayev

Vaqif Qarayev

Pediatr Vaqif Qarayevin də mövzu ilə bağlı sosial mediada yazdığı fikir diqqət çəkir: “Pandemiya vaxtı çinlilərin yedikləri paylaşılırdı. Uçan, qaçan, sürünən, üzən nə varsa hamısı çinlilərin qida rasionunda var. Bizə iyrənc görünürdü.  Təbiidir, hər regionun, hər xalqın əsrlərlə formalaşmış qida mədəniyyəti var. Tutaq ki, hansısa avropalı qurbağa ətini delikates hesab edir. Bizim  mətbəxdə də olmalıdır? Qurbağanı niyə təbliğ edirlər, anlaşılmır. Fərqli faydası yoxdur. Bu, elitarlıq və müasirlikdirsə, olmaz olsun”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ukraynanın XİN başçısı Bakı səfərindən yazdı: “Buna hazırıq”

Next

Ölkənin sosial-iqtisadi inkişafında regionların rolunun artması günümüzün reallığıdır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv