Cəmiyyət 

Bu bazar ertəsi iş olmayacaq

16 iyun Azərbaycanda iş günü olmayacaq.

Metbuat.az-ın məlumatına görə, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, bu il 15 iyun – Milli Qurtuluş Günü bazar gününə təsadüf edir. Bu səbəbdən 16 iyun qeyri-iş günü elan olunub.

Qeyd edək ki, 14 iyun da şənbə günüdür. Beləliklə, vətəndaşlar ardıcıl üç gün – 14, 15 və 16 iyun tarixlərində istirahət edəcəklər.

Daha çox xəbərlər