Arda Güler bu halda “Real”dan ayrılacaq – Özü açıqladı
Arda Güler “Real Madrid” klubunda qalıb-qalmayacağı barədə sualı cavablandırıb.
Türkiyəli yarımmüdafiəçi komandadan ayrılmağı düşünmədiyini bildirib:
“Xeyr. İndi “Real Madrid”dən ayrılmağı düşünmürəm. Amma əlbəttə ki, heç oynamasam hər şeyi düşünürəm. İndilik “Real Madrid”ə fokuslanmışam”.
Xatırladaq ki, 2023-cü ilin yayından Madrid klubunun formasını geyinən Ardanın müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Qeyd edək ki, “Kral klubu” bu gün Bakı vaxtı ilə saat 23:00-da klublararası dünya çempionatında qrup mərhələsinin II turu çərçivəsində “Paçuça” komandası ilə üz-üzə gələcək. (Offsideplus.az)