Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Keçmişlə gələcəyin qovuşduğu şəhər – GƏNCƏDƏN REPORTAJFOTO

By Vüsal Rafiqoğlu
23.06.2025 3 Min Read

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə öz qədim ruhunu qorusa da, kədərli günlərini də unutmur. Gəncə yalnız tarix və mədəniyyət məkanı deyil, eyni zamanda müasir beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşan şəhərdir.

GENCE EN SON.jpeg (1.99 MB)

Sentyabr ayında start götürəcək III Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları ərəfəsində Gəncədə ciddi yenidənqurma və abadlıq işləri aparılır. Bu tədbirə ölkənin bir neçə şəhəri – Bakı, Sumqayıt, Gəncə və digər bölgələr ev sahibliyi edəcək. Lakin Gəncə yarışların əsas hissəsinin keçiriləcəyi şəhərlərdən biri kimi ön plandadır.

GANCA.jpeg (413 KB)

Şəhərin əsas prospektləri – Cavadxan, Nizami, Şah İsmayıl Xətai küçələrində yeni asfalt örtüyü salınır, piyada yolları genişləndirilir, fasadlar yenilənir, park və meydanlar abadlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyəti bu istiqamətdə gücləndirilmiş rejimdə çalışır. Sakinlər bu dəyişikliklərə sevinclə yanaşır.

GANJA.jpeg (425 KB)

Şəhər sakini Məmmədəli Abbasov deyir ki, son aylarda Gəncədə ciddi abadlıq işləri aparılır:

“Bu, biz sakinlərdə xoş təəssürat yaradır. Çünki həm şəhər gözəlləşir, həm də MDB Oyunları nəticəsində şəhərimizin adı beynəlxalq aləmdə tanınacaq”.

Tələbələr də bu prosesi diqqətlə izləyirlər.

Gəncə Dövlət Universitetinin tələbəsi Aysun Bayramova deyir ki, şəhərin müasirləşməsinə sevinir:

“Bəzən təmir işləri gediş-gəlişə çətinlik yaradır. Amma bu, müvəqqətidir. Nəticədə Gəncə daha gözəl və müasir olacaq”.

Gəncə təkcə asfalt yollarla yox, həm də park və istirahət məkanları ilə də yenilənir. Parklarda yeni oturacaqlar, işıqlandırma sistemləri quraşdırılıb. Sakinlər axşamlar bu parklarda övladları ilə gəzərək yenilikdən zövq aldıqlarını bildirirlər.

GANJA SON.jpeg (516 KB)

Lakin Gəncənin bir başqa, daha kədərli üzü də var. Şəhər 2020-ci ilin payızında Ermənistan tərəfindən atılan raket zərbələrinin izlərini hələ də silməyib. Gəzintimiz zamanı həmin əraziyə baş çəkdik. Bombalanmış binaların izləri, çökmüş divarlar, dağıdılmış pəncərələr şəhərin bu acı xatirələrini qoruyur. Bəzi yerlərdə ailələrdən geriyə qalan əşyalar, oyuncaq və paltarlar da gözə dəyirdi. O günlərin ağrısı sakinlərin xatirəsində hələ də canlıdır.

TERROR EN SON.jpeg (1.33 MB)

Gəncədə Şuşa körpüsü də var.

Şəhər sakini Cahangir Əmxanlı Gəncənin gözəlliyi ilə yanaşı, həm də azadlıq və mübarizə ruhuyla yaşadığını deyir. Gəncədə keçiriləcək MDB oyunlarının bu qədim yurda yeni nəfəs gətirəcəyini bildirir.

Gəncə mədəniyyətinin əsas dayaqlarından biri də teatr və musiqidir. Gəncə Dövlət Milli Dram Teatrı, Kukla Teatrı, Dövlət Filarmoniyası burada yaşayanlara və qonaqlara sənətin sehrini yaşadır.

Şəhərin mərkəzində yerləşən Gəncə Dövlət Milli Dram Teatrı insanları cəlb edir. Eləcə də ildə 250 tamaşa oynanılan Gəncə Kukla Teatrı uşaqlar üçün nağıl dünyası yaratmağa davam edir.

Filarmoniyanın tavanındakı Nizami Gəncəvinin portreti isə şəhərin tarixi ilə bu günü arasında körpü yaradır. Bütün bu dəyişikliklər və ziddiyyətlər Gəncəni həm keçmişi, həm də gələcəyi daşıyan unikal şəhərə çevirib. Bu şəhər öz tarixindən vaz keçmədən yenilənməyə çalışır.

GEN EN.jpeg (1.78 MB)

Gəncədə olmaq bizə tarixə səyahət, həm də ümid dolu bir sabah bəxş etdi.

İnarə HÜNBƏT,
Mənzər NOVRUZLU
Fotolar müəlliflərindir
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“WhatsApp” yeni süni intellekt funksiyasını təqdim edib

Next

Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv