Gündəm 

Paşinyan qudurmuş hayları ram edə biləcəkmi?

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü zamanı iki ölkə arasında münasibətlərin normallaşmasına mane olan problemlərin həlli geniş müzakirə edilib. Xatırladaq ki, son üç yüz ildə həmişə ərazisində haylara yer vermiş türklərə qarşı nifrət aşılanıb. Keçən otuz yeddi ildə bu, yenidən qanlı şəkildə “təzahür” edib. Eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serjik Sarkisyan, Eçmiədzin kilsəsinin keşişləri sadə erməni toplumunun beynini türklərə qarşı elə zəhərləyiblər ki, Nikol Paşinyan hakimiyyətdə olduğu yeddi il müddətində paslanmış beyinləri təmizləyib qurtara bilmir. Baş nazir çalışır ki, “mifik Ermənistan”la “real Ermənistan”ın fərqini xəstə cəmiyyətə izah etsin, onu tutduğuğu təhlükəli yoldan döndərsin. Ancaq bu, o qədər də sadə iş deyil. Zəhər dərinə işləyib. Yəni, “müalicə” prosesi uzun illər davam etməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, “Dünyanın kəsişməsi” layihəsi bu marşrutların keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipi əsasında bütün regional kommunikasiyaların açılmasına yönəlib. O, İstanbulun erməni icması ilə görüşündə “Zəngəzur dəhlizi” və ya “Turan dəhlizi” ilə bağlı çaxnaşma salmamağa, manipulyasiyalara aldanmamağa çağırıb: “Bizim məntiqimizi, hədəflərinin “Turan” olduğunu deyən, həyəcan təbili çalan ermənilərin məntiqini başa düşə bilmirəm. Amma gəlin başa düşək, nə istəyirlər? Onlar Ermənistanın ərazisindən keçmək istəyirlər. Yaxşı, keçsinlər. Bunun nəyi pisdir? Biz özümüz bunu “Dünyanın kəsişməsi” layihəsi kimi təklif edirik. Bizə deyirlər ki, şimala, cənuba, şərqə getmək istəyirik. Biz də onlara deyirik ki, gedin. XXI əsrdə sərhədləri bağlı olan bir ölkə təsəvvür edin!”

Baş nazirin heyrət dolu bu sözlərindən zəif də olsa bir işıq görünür. Hiss olunur ki, dünyanın gedişatını öz dünyagörüşü çərçivəsində qiymətləndirən bu adam nəhayət, ölkəsinin inteqrasiya etməsini, xalqlarla əməkdaşlıq etməsini istəyir. Lakin üç yüz illik kəsafəti, beyinlərə əkilmiş zəhər toxumunun kökünü belə tezliklə kəsmək mümkün deyil. Buna onillər lazımdır. Tək-tək düzgün yolda olanlar isə hələ çox azdır, mağara təfəkkürlü hay toplumunun yalnız kiçik bir hissəsidir. Xatırladaq ki, bunların “irəlidə geedənləri”-şair və yazıçıları, alimləri, dövlət adamları, diplomatları və s. üç əsr boyunca türklərin qanını tökmək, yurdlarını xaraba qoymaq və ya ərazilərini özününüküləşdirmək barədə düşünmüş və hərəkət etmişlər. Ona görə də fasiləsiz olaraq soyqırımlar, terrorlar törətmiş, ərazilər əldə etmişlər.

1988-ci ildə SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik Abel Aqanbekyan, Ermənistan Elmlər Akademiyasının prezidenti Viktor Hamparsumyan, yazıçı Zori Balayan və digər bu kimi üzdəniraq “ziyalılar” Qarabağı Hayastana birləşdirmək üçün yerli azərbaycanlıları qırmaq planını qorxub-çəkinmədən Moskvada SSRİ Ali Sovetinin sessiyasında səsləndirmişdilər. Bu gün də Turan adını eşidəndə allergeya keçirirlər. Niyə? Çünki bizim torpaqlarımızı yandaşlarının köməyi ilə işğal etdikləri üçün qorxurlar. Bunları ona görə, yada salırıq ki, görün Nikol Paşinyan qudurmuş erməni toplumunu necə çətinliklə əhliləşdirməlidir. İlk növbədə güclü əks-təbliğat aparılmalı, düşmənçiliyin aradan qaldırılmasına son qoyulmalıdır.

Eyni zamanda, Nikol Paşinyan xəstə hayların bəhanəsini kəsmək üçün İstanbulda təkrar edib ki, Zəngəzur dəhlizi olmayacaq, Ermənistanın müdafiə etdiyi “Sülh yollarının kəsişməsi” olacaq. Onun sözlərinə görə, bu, marşrutların qarşılıqlı hörmət, suverenlik və ölkələrin yurisdiksiyası əsasında fəaliyyət göstərməsi deməkdir.

Baş nazir, eyni zamanda, “Sülh yollarının kəsişməsi”nin açılacağı təqdirdə Azərbaycanın bunu Zəngəzur dəhlizinin açılışı kimi şərh edəcəyinə hazır olmağa çağırıb. Belə deməyə əsas var ki, beyinləri paslı haylar özləri-özlərini məhkum etdikləri xofun cəngindən xilas ola bilmirlər. Çünki xain xoflu olar-deyiblər. Göründüyü kimi, “dəhliz” ifadəsindən cin misdən qorxan kimi qaçan haylar onun başqa sözlə əvəz edilməsinə ciddi etiraz etmirlər. Həyasız toplum törətdiyi Qarabağ münaqişəsinə qədər azərbaycanlıların Naxçıvana qatar və avtomobillə gəlib-getdiklərini xatırlamaq belə istəmirlər. Halbuki Zəngəzur yolu açılsa dalan vəziyyətində yaşayan Ermənistan üçün yeni “nəfəslik” açılar, beynəlxalq layihələrə qoşular, həm də həmin yoldan tranzit haqqı olaraq milyonlarla dollar qazanc əldə edər. Lakin bunlar halal yolla pul qazanmaqdansa qaraçı ata-babaları kimi əl açıb dilənməyi özlərinə peşə ediblər. Görün hay toplumu nə gündədirsə heç olmasa belə sadə həqiqəti də başa düşmür. Çünki 300 ildir ki, onların əvəzinə Moskva düşünüb, planlar cızıb. Bunun əleyhdarları Rusiya ilə bütün əlaqələri kəsmək üçün hara gəlsə üz tutmağa , dəstək almağa hazırdırlar. Rəsmi Moskvaya qarşı çıxmaq da bu etirazdan doğub. Artıq başa düşüblər ki, vassal sifətində qoyma ağılla çox uzağa getmək olmaz…

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər