Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

12 günlük İsrail-İran müharibəsi – davamlı atəşkəs hamının marağındadır – ŞƏRH

By Vüsal Rafiqoğlu
24.06.2025 4 Min Read

İsrail və ABŞ-nin İrana hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlib. Bunu iyunun 24-də gecə saatlarında ABŞ Prezidenti Donald Tramp bildirib. Bununla belə, İsrail və İran bir-birinin ərazisinə raket atəşi edib.

İran xarici işlər naziri Abbas Əraqçi demişdi ki, Avropa üçlüyü (Böyük Britaniya, Almaniya, Fransa) ilə görüşdən sonra “İsrail atəşi dayandıracağı” halda danışıqlara başlaya, deməli, atəşkəsə razılıq verə bilər.

Xatırladaq ki, 37 il öncə İran atəşkəslə bağlı siyasi hadisəni yaşayıb. Son yarım əsrdə baş verən hadisələr İranın sadə dövlət olmadığını təsdiqləyib. İndiki siyasi-ideoloji qüvvə hakimiyyətə gələndən bəri bu, İrana ikinci hücum sayılır, yaxud İslam Respublikasının birbaşa hədəf olduğu ikinci müharibədir.

1980-ci ildə İraq İrana hücuma keçdi. Səkkiz illik müharibə nəticəsində tərəflər uğur əldə edə bilmədi. 1988-ci ilin sentyabrında İran və İraq müharibədən əvvəlki mövqeyə qayıtdılar. Bu savaş Tehran hakimiyyəti daxilində birləşməyə, müxalifəti sıradan çıxarmağa stimul olmuşdu. Başqa sözlə, İraqla müharibənin yekununda İran hədəfləri ilə bağlı uğura nail olmasa da, bu proses Tehranın güclənməsi ilə nəticələnmişdi.

d6a53ed0-af2a-3623-9109-151b1cd4f4d7.jpg (26 KB)

Həmin müharibədə İsrail İrandakı hakimiyyətə hərbi yardım edirdi. 2025-ci il iyunun 13-də ABŞ-nin siyasi, sonra hərbi dəstəyi ilə İsrailin İrana hərbi müdaxiləsi isə 46 il əvvəlki vəziyyət və şərtlərdən fərqlidir. Regionda – Suriya və İraqda hakimiyyət dəyişikliyi baş verib. Qəzzada HƏMAS, Livanda “Hizbullah” və Suriyada iranyönlü qruplaşmalar zəiflədilib, yaxud sıradan çıxarılıb.

Ona görə də iyun hadisələri zamanı İslam Respublikası meydanda demək olar ki, tək qalmışdı. Bu yaxınlarda aralarında imzalanmış strateji tərəfdaşlığa dair müqaviləni parlamentdə ratifikasiya etmiş Rusiya belə Tehrana yardım edə bilmədi.

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Bakıda keçirdiyi mətbuat konfransında bildirdi ki, beynəlxalq ictimaiyyət İsrailin İrana raket hücumlarına biganədir.

Baş verənlər onu da göstərir ki, hədəf Tehran hakimiyyətini devirmək olmayıb. ABŞ lideri Donald Tramp və İsrail Baş naziri Binyamin Netanyahu çıxışlarında buna işarə etsə də, ancaq davranışları bunu təsdiqləmədi. Görünən odur ki, bu əməliyyatın hədəfi İranın nüvə obyektlərinin məhv edilməsi, hərbi sənaye kompleksi müəssisələrinin sıradan çıxarılması, inqilab keşikçiləri qvardiyası (Sepah) və Silahlı Qüvvələr başçılarının, atom-nüvə fiziklərinin öldürülməsi, Sepahın qərargahlarının, kazarmalarının, mövqelərinin dağıdılması, rəsmi dövlət binalarının dağıdılması və s. olub.

2e99c3b6-4543-3fff-9726-f1985a40904e.jpeg (125 KB)

İyunun 22-də ABŞ-nin İranın üç nüvə obyekti – Fordo, İsfahan və Nətənzi bombalaması ilə, demək olar ki, əməliyyat başa çatmış sayılırdı. Bu istiqamətdə İranın ABŞ-yə məxsus hərbi bazalara hücumu gözlənilirdi. O da baş verdi. İran Ştatların Qətərdəki aviabazalarına hücum etdi.

Lakin ABŞ Prezidenti Donald Tramp İranın cavab hücumunu “zəif” adlandırdı: “14 raket atılıb – 13-ü vurulub, biri isə təhlükəsiz istiqamətdə hərəkət etdiyi üçün buraxılıb”. Eyni zamanda ABŞ buna görə İrana cavab tədbirlərinə əl atmadı.

ABŞ İranla niyə Suriya və İraq kimi davranmadı? Bunun bir sıra səbəbləri var. Birincisi, Bəşşar Əsəd və Səddam Hüseyn ölkəyə tam nəzarət etmirdi. Habelə, onların daxilində mərkəzi hakimiyyətə qarşı silahlı qruplaşmalar fəaliyyət göstərirdi. Digər tərəfdən, İranla müharibədən sonra Səddam Hüseyn zəifləmiş, Əsəd isə atasından sonra ordunu gücləndirə bilməmişdi. Ən vacib faktor isə onlar xaricdən güclü dəstək ala bilmirdi. Bu savaşın əsas aktorları ABŞ başqa olmaqla, beynəlxalq koalisiya idi.

İraqdakı savaşın hədəfi Liviya, Misirdəki kimi dövlət başçısının devrilməsi idi.

d3be8135-6ea5-3b33-9c84-970c4b119914.jpg (69 KB)

İranda isə vəziyyət fərqlidir. Onu, siyasi cəhətdən də olsa, Çin və Rusiya müdafiə edir. Gələcəkdə bu başqa yardımlarla da əvəzlənə bilərdi. Tehran hakimiyyəti İslam Respublikasının bütün sərhədlərinə nəzarət edir. Yəni ölkənin ərazi bütövlüyü pozulmayıb. Sistan və Bəulicistan, Kürdüstan əyalətlərindəki silahlı qruplaşmalar, yaxud Əfqanıstan və İraq istiqamətindən ölkə ərazisinə sıza biləcək silahlılara qarşı öncədən əməliyyatlar keçirilib, hətta Əfqanıstanla sərhədə betondan divar çəkilib. Ona görə də, sərhəd təhlükəsizliyi və daxili sabitliyi İranın mövqelərini möhkəmləndirən amil saymaq olar.

Vacib məsələlərdən biri də odur ki, İran hakimiyyəti daxilindəki birlik vəziyyətin Tehran üçün daha acınacaqlı nəticələnməsinin qarşısını alıb.

Hər bir halda indi hər kəsi bir sual düşündürür. Atəşkəs olacaq, yaxud o pozulacaq?

a58c9e04-ae5f-357d-9e98-3c6b35b113b5.jpg (66 KB)

Tehran atəşkəsin uzunmüddətli və davamlı olmasını istəyir. Bu o deməkdir ki, İsrail və ABŞ İrana qarşı bir daha hücum etməyəcəkləri ilə bağlı öhdəlik götürməli, Tehran isə nüvə proqramını dirçəltməyəcəyini vəd etməlidir. Ancaq İranın 402 kq zənginləşdirilmiş uranı gizlətməsi və gələcəkdə nüvə proqramını yenidən işə salması ehtimalı İsrail-ABŞ-nin İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini istisna etmir.

Ona görə bu hadisələri tərəflərin bir-birini sınağa çəkməsi kimi də dəyərləndirmək olar.

Bu hadisə ABŞ ilə İran təmsilçilərinin yenidən görüşməsi, altıncı raundun reallaşması üçün təkan oldu. Təbii ki, əgər görüş alınsa.

Sədrəddin İsmayılov,
REPORT.AZ

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Tarqovu”da qəribə görüntü: hər kəsin gözü önündə… – VİDEO

Next

Son qəpiyinə kimi başqasına verən 3 ən səxavətli BÜRC

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv