Gündəm 

Ermənistandan sülh sazişi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlara başlamağa hazırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh sazişindən danışıb.

Musavat.com-un məlumatına görə nazir bildirib ki, Ermənistan Respublikası Azərbaycanla sülh sazişinin imzalanması məqsədilə danışıqlara başlamağa tam hazırdır.

“Ermənistan tərəfi sülh sazişinin imzalanması üçün görüşün yeri və tarixini müəyyən etmək məqsədilə Azərbaycanla müzakirələrə başlamağa hazırdır,” – deyə Mirzoyan bəyan edib.

Onun sözlərinə görə, tərəflər arasında uzun illər davam edən gərginliyin həlli üçün real və davamlı addımlar atılmalıdır. Nazir vurğulayıb ki, bu proses regional sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Daha çox xəbərlər