Gündəm 

ECO-nun sammitində iştirak etmək üçün ölkəmizə gəldilər – Fotolar

Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib.

“Qafqazinfo” xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

***

Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu da ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Füzuli rayonuna səfərə gəlib.

Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

ECO-nun sammitində iştirak etmək üçün ölkəmizə gəldilər - FotolarECO-nun sammitində iştirak etmək üçün ölkəmizə gəldilər - FotolarECO-nun sammitində iştirak etmək üçün ölkəmizə gəldilər - Fotolar

Daha çox xəbərlər