Bərdə Rayon Mərkəzi Xəstəxanasında geniştərkibli iclas keçirilib.
İclasda tibb müəssisəsinin direktoru Vüsal Məmmədov və Cərrahi xidmətlər üzrə müavin Ramiz Əhmədov çıxış edərək Bərdə Rayon Mərkəzi Xəstəxanasında cərrahi məsələlər üzrə statistik göstəricilər, görülən işlər, problemlər və qarşıda duran vəzifələr barədə müzakirə aparılıb. Daha sonra tibb müəssisəsinin psixoloqu Nazpəri Sadıqova çıxış edərək pasiyentlərlə psixoloji söhbətlərin aparılmasının əhəmiyyəti haqqında məlumat verib.
Sonda isə tibb müəssisəsinin ərazisində baş vermiş yanğının söndürülməsində fəal iştirak etdiklərinə görə Təhlükəsizlik bölməsinin bir neçə əməkdaşı təltif olunub.







